Novruz və Baharın gəlişi Azərbaycan Respublikası şairlərinin şerlərində bahariyyə adı ilə xüsusi yerə malikdir.
Azərbaycan Respublikasının bir çox tanınmış şairi Novruz və bahar məzmunlu şerlərlə əbədi əsərlər yadigar qoymuşlar.
Azərbaycan Respublikasında şair və tədqiqatçı Şahin Fazil bu barədə deyib: Sədinin Gülüstanında, Hafiz və Saib Təbrizinin qəzəllərində baharın gəlişi gözəlliyi ilə müşahidə olunduğu kimi Azərbaycan Respublikasının klassik ədəbiyyatında da şairlər bahar və Novruza xüsusi diqqət yetirirlər və öz şerləri ilə Baharın gözəlliyini bacardıqları qədər nəzmə çəkmişlər.
Bahar təbiətin dirçəlməsi və Novruz yenidən çiçəklənmək və dirçəlmək olaraq Azərbaycan Respublikası şairlərinin incə baxışlarını özünə cəlb etmişdir.
Azərbaycanlı şair və ədib İslam Sadıq deyir: Azərbaycan Respublikası şairlərinin çoxu bahar və Novruz barəsində yetərincə şerlər söyləmişlər və gözəl istiarələrlə baharın təravətinin insanların ürəyində və ruhunda təsir göstərdiyini bildirmişdir.
O əlavə edib: Bahar və Novruz Azərbaycanı ədəbiyyatı və folklor ədəbiyyatında da əsaslı rola malikdir və məzmun baxımından onların bəzisi insanları baharla birlikdə daxili canlanmaya çağırırlar.
Novruz və bahar şerləri Azərbaycanın musiqisi və folklorunda da dərin kökə malikdir və bu ölkə vətəndaşları gündəlik danışıqlarında da bu şerlərdən istifadə edirlər.