ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qərb Pakistanın müqavimət cəbhəsinə qoşulmasından narahatdır

Qafqaztimes xəbər verir ki, Qərb mənbələri iddia edib ki, İranla İsrail rejimi arasında gərginliyin artacağı təqdirdə Pakistan İrana “Şahin-3” orta mənzilli ballistik raketlər vermək fikrindədir.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası İran və Pakistanın tələbi ilə Səudiyyə Ərəbistanında keçirilib.
Sahilyanı Ciddə şəhərində keçirilən bu iclasda sionist rejimin cinayətləri və Həniyyənin qətli müzakirə və mübadilə edilib.
İran Xarici İşlər Nazirliyi də bildirib ki, İran bu görüşün Pakistanla yanaşı keçirilməsini istəyib. 57 İslam ölkəsini təmsil edən İslam Əməkdaşlıq Təşkilatı özünü İslam dünyasının səsi hesab edir. Bu təşkilata qeyri-ərəb olan ölkələr, o cümlədən İran, Pakistan və Türkiyə daxildir.
Həmçinin Amerika rəsmiləri İranın yaxın günlərdə işğal olunmuş əraziləri hədəf alacaq hücuma hazırlıq gördüyünü və hərbi təlimlər keçirdiyini iddia ediblər.
Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin qətlinin bütün beynəlxalq qanunlara zidd olaraq həyata keçirildiyini və dünyanın bu terror qarşısında sükutunun təəssüf doğurduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button