Ayətullah Şeyx Əbasəlt Badkubeinin Həyatı

O, bir sıra dini hövzə dərslərini təhsil aldıqdan sonra, Nəcəfi-əşrəfə yola düşür. Bu müqəddəs məkanda bir müddət elmi-mənəvi kamilliklərə sahib olduqdan sonra ali elmi məqamlara yetişir. Onun təhsil aldığı müddət və ustadları haqqında məlumat yoxdur. Təkcə məntəqədəki alim və ruhanilər arasında elmi-mənəvi əzəmətinin məşhurluğu bundan xəbər verir ki, o, zamanının adı çəkilən dini hövzələrindəki adlı-sanlı ustadlardan dərs almışdır.
Axund Şeyx Əbasəlt ali elmi məqamlara və üstün fəzilətlərə çatdıqdan sonra öz doğma vətəninə qayıdır. Orada moizə, təbliğ, dini maarifləndirmə və islam elmlərinin tədrisi ilə məşğul olmağa başlayır. Buzovna qəsəbəsinin “İmam Hüseyn (ə) məscidi”ndə camaat namazı bərpa edir və xalqın dini işlərini sahmana salmaqla məşğul olur.
Bu böyük alim, 1907-ci ildə (1325 h. q.) dünyasını dəyişib. Doğulduğu yerin Buzovna qəsəbəsinin qəbristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
Cenubnews.com