Şəxsiyyətlər

Ayətullah Siybəveyh

Ayətullah Hacı Mirzə Əhməd Siybəveyh 1915-ciildə müqəddəs Kərbəla şəhərində dünyaya göz açıb…

  O, elm və mənəviyyatla dolubir ailədə tərbiyə alıb. Müqəddimat və Ədəbiyyat dərslərini oxuduqdan sonraSəthi dərslərini atası və əmisi Mərhum Hacı Şeyx Muhəmməd Əli Siybəveyhinyanında oxuyub. Xaric dərslərini (Yüksək elmi dərslər) isə Kərbəlanın mübariz müctəhidivə alimlərindən olan Mərhum Əllamə fəqih və Hacı Şeyx Yusif BiyarcməndiŞahrudidən alıb.

 Ayətullah Hacı Mirzə Əhməd Siybəveyh 1978-ciildə İraqın Bəəs dövləti (hökuməti) tərəfindən İrana sürgün edilib. O, 40 il müddətində Həzrət Əbulfəzl Əbbasın (ə) hərəmində pişnamazlıq edib. Tehran şəhərində məskunlaşdıqdan sonra camaat namazları, din təbliği və Seyyiduş-Şühədanın (ə)müsibətinin zikr məclislərinin təşkilində böyük xidmətlər göstərib. O, buvəzifələri ixlasanə şəkildə yerinə yetirərdi. Elə buna görə onun sözləridinləyicilərdə dərin iz və təsir qoyurdu.

 Mirzə Siybəveyhin yaxınlarından olan MəhdiSadiqi Nejad onunla bağlı xoş xatirələrindən belə nəql edir: “Mirzə Siybəveyhheç kimin qəlbini sındırmamaq üçün bu sahəyə çox diqqət edərdi. Belə ki,uşaqlar arasında ixtilaf yaşandıqda heç kimi tərəfini xüsusi himayə etməyərəkçətinliyin həll edilməsinə çalışırdı. Çox səbirli idi. Camaata böyük ehtiramgöstərər, saatlarla onlarla söhbət edərdi. Həmçinin heç bir siyasi dəstəni himayəetməz və kamil surətdə özünü kənarda saxlayardı. İslamın Əziz Rəhbəri Həzrət AyətullahXamenei ağaya qarşı xüsusi məhəbbəti var idi.”

Məhdi Sadiq Nejad sözlərinə belə davam edir:“Biz yeniyetmə yaşlarında olanda evin müəyyən işləri, o cümlədən səhərlər çörəkalmaq – vəzifəmiz idi. Ayətullah Mirzə Siybəveyh bizi yuxudan oyatmaz, 70 yaşıolmasına baxmayaraq, sübh namazından sonra özü çörək almağa gedərdi.”

Ailəsi onun barəsində belə deyir: “MərhumAyətullah Siybəveyh mənzilin bir çox işlərində öz köməyini əsirgəmirdi. Bizondan özünü zəhmətə salmamasını istədikdə, cavabında deyirdi: -Mənbərdə camaataöz xanımlarınıza kömək edin, deyirəm. Bunlara əməl etməsəm, əməlsiz alimolaram.”


Mirzə Əhməd Siybəveyh özünü İmam Hüseyn (ə)tərəfindən azad olunmuş qul sayırdı.

Sadiqi Nejad nəql edir: “Mərhum Siybəveyhin ata-anası eyni gündə dünyasınıdəyişdilər. Onlar dünyalarını dəyişdikdə Ayətullah Siybəveyh xəstəxanadayatırdı. Həkimlər onun sağalacağına ümidlərini kəsmişdilər. Valideynlərininvəfatından 20 gün sonra nisbətən sağalan Ayətullah Siybəveyh onların dünyasınıdəyişməsindən xəbərdar oldu.

O, sağalandan sonra belə nəql edirdi: -Xəstəxanadaolarkən mükaşifə aləmində idim. Atamla birlikdə İmam Hüseynin (ə) hərəmindədayanmışdım. Atam İmam Hüseyndən (ə) mənim şəfamı istədi. Həzrət Əba Əbdullah(ə) buyurdu: “Əcəli çatıb”. Atam İmamı (ə) anası Həzrət Zəhraya (s.ə) andverdirərək dedi: “Əgər Siz istəsəniz, olar”. İmam (ə) hərəmə daxil olub birmüddət sonra çıxıb, atama xitab etdi: “Biz, sənin oğlunun şəfasını Allahdanaldıq”.

Bu hadisədən sonra Ayətullah Siybəveyhdəfələrlə özünü İmam Hüseyn (ə) tərəfindən azad olunmuş qul sayırdı.”

 Mərhum Siybəveyhin bəndəlik ömrü yəqinə çatmışdı.

Məhdi Sadiqi Nejad (Ayətullah Mirzə ƏhmədSiybəveyhin oğlunun qaynı) deyir: “Səfər ayının sonlarında rovzə məclisimizolacaq idi. Məclisin lazımi xərci kifayət qədər deyildi. Çünki gəlirimizin çoxhissəsi Ayətullah Siybəveyhin evinə gələn imkansızların çətinliklərini həlletməyə xərclənmişdi.

Məclis üçün lazım olan məbləği toplamağaməşğul olduğum vaxt Mərhum Siybəveyh onunla Xanım Məsumənin (s.ə) hərəminəgetməyimi istədi. Hərəmə çatdığımızda camaat böyük istəklə ağaya tərəfgəldilər. Ağa onlarla bir neçə saat söhbət etdi. Ayətullah Siybəveyhin camaatlasöhbəti tamamlandıqdan sonra maşına səvar olaraq qohumlardan birinin evinəyollandıq. Mərhum Siybəveyh dedi: “Aldım”. Hər nə qədər, -Nə aldınız? deyə israretsəm də, cavabında buyurdu: -Tehrana çatdıqda nə aldığımı deyəcəyəm.

Tehranda ağanın taksi sürücüsü olan Dəbirçiadlı bir müridi var idi. Zöhr-əsr namazından sonra həmin şəxs tanımadığımız birnəfərlə ağanı görməyə gələrək, içində pul olan bağlamanı ağaya verdilər.”

Sadiqi Nejad sözlərinə belə davam edir: “DəbirçiŞəhriyar adlı məntəqədən Tehrana tərəf gələrkən maşına tanımadığı bir nəfərmindirir. Yol əsnasında həmin şəxs Dəbirçiyə deyir: -Müəyyən məbləğdə pulu İmamHüseyn (ə) üçün rovzə məclisi təşkil etməyə nəzir etmişəm. Əgər belə bir şəxstanıyırsan ki, İmam (ə) üçün rovzə məclisi təşkil edir, bu məbləği ona verək.

Dəbirçi başqa alimlərin də müridi olsa da,həmin anda ağanı xatırlayır. Həmin şəxsi ağanın yanına gətirərək tanış edir. Buəhvalatdan sonra Dəbirçidən dəfələrlə o şəxsin kimliyini soruşdum. O deyirdi:-Ondan sonra həmin şəxsi bir daha görmədim.”

Bütün bunlar xatirə və əhvalat deyil. MərhumSiybəveyhin bir ömür əldə etdiyi bəndəlik nümunəsi idi. Bu cür hadisələr ağanınhəyatında çoxdur.

 Mərhum Siybəveyh yaşlı insanlara ehtiramgöstərməyi Allaha yaxınlaşmaq yolu bilirdi.

O, İmam Hüseyn (ə) üçün rovzə məclisləriqurarkən yaşı ötmüş rovzəxanları dəvət edər və onlara bir gecədə oxuduğu rovzəüçün 10 gecənin məbləğini ödəyərdi. Çünki bu cür şəxslər yaşlarının çoxluğundanməclislərə dəvət olunmazdılar. Mirzə Siybəveyh onların ehtiyaclarını ödəmək vəyaşlı olduqları üçün işlərinin dəyərdən düşməməsinə görə məclislərə rovzəoxumağa dəvət edirdi.

Həmçinin Mirzə Siybəveyh onları məclisinbərəkəti sayırdı. Bununla yanaşı, həmin rozəxanların təcrübələri sual altına alınmamalıdır.Ağanın etiqadına əsasən bu cür şəxslər İmam Hüseynə (ə) rovzə oxuyaraqƏhli-Beytdən (ə) ehtiram kəsb ediblər. Buna görə yaşlılara ehtiram göstərməyitövsiyə edərdi.

Mirzə Siybəveyh Seyyidlərə xüsusi ehtiramgöstərirdi.

Ayətullah Siybəveyhin tələbələrindən olanSeyyid Məhdi Hairizadə deyir: “Ayətullah Siybəveyh səhər yuxudan tez ayılar vəƏhli-Beytlə (ə) munacat edərdi. Adətən sübh azanından bir neçə saat öncə ayılıbgecə munacatı ilə məşğul olardı. Onun seçilən xüsusiyyətlərindən biri dəseyyidlərə xüsusi ehtiram göstərməsi idi. Mənbərdə söhbət edərkən məclisəseyyid daxil olsaydı, söhbətini kəsib aşağı düşər və seyyidin əlini öpərdi.Sonra mənbərə çıxıb söhbətini davam etdirərdi. Mirzə Siybəveyh deyirdi ki,Allah mənə nə veribsə, seyyidlərə göstərdiyim ehtirama görədir.

Ağanın yaşı az qala 90-a çatmışdı, ammaeynəkdən istifadə etmədən iynə saplayırdı. Mirzə Siybəveyh hərdən bizə gələr,həyətdə bağçanın kənarında əyləşib deyərdi: -Gəlmişəm ki, seyyidlərinehtiramını yerinə yetirim. Və Həzrət Zəhranın (s.ə) məhzərində övladlarınısevirəm deyə bilim.

Həmçinin, Siybəveyh bəzi vaxtlar İslamınəziz rəhbəri Həzrət Ayətullahul-üzma Xameneinin məhzərinə gedərək xüsusiməclislərdə Ağa üçün rovzə oxuyardı.”

Seyyid Məhdi Hairi sözlərinə belə davamedir: “Ağa çox munəzzəh və pak bir şəxs idi. Hər axşam namazdan sonra 20 dəqiqəməsciddə camaatla söhbət edərdi. Adətən Seyyiduş-Şuhədaya (ə) təvəssül edərdi. Birgün bir neçə nəfər dostumla birlikdə Ağanın xidmətinə getdik. Ağadan oxunanrovzələrdən hansını daha çox xoşladığını soruşduq. Ağa, Həzrət Zeynəb (s.ə) vəHəzrət Əbulfəzl Əbbas (ə) barəsində oxunan rovzələrə çox bağlı olduğunu qeydetdi.

Ayətullah Siybəveyh çox təvazökar və sadəinsan idi. Əgər əlinə hardansa pul gəlsəydi, onu fəqirlərin arasında bölməliidi. Belə ki, pul 24 saatdan artıq onun yanında qalmazdı.

Ayətullah Siybəveyh dünyasını dəyişdikdənsonra bir gecə onu yuxuda gördüm. Harda olduğunu soruşdum. Dedi: -Mənə, verilənməkanda sübhdən şama qədər Əhli-Beytin (ə) məzhərində olub, öz nökərliyimləməşğulam.”

Ağanın qəbri Həzrət Məsumənin (s.ə)hərəmində, Şəhid Mufəttihin qəbrinin kənarındadır. Həzrət Əbbasa (ə) təvəssüledənlər hər həftə orada rovzə məclisləri təşkil edirlər.

Ayətullah Siybəveyh ömrünün sonlarında qanxərçəngindən əziyyət çəkirdi. 2005-ci ildə 89 yaşında Sasan xəstəxanasındahaqqın rəhmətinə qovuşdu. Quma gətirilərək Ayətullah Behcətin imamətliyi ilə cənazənamazı qılındı və Xanım Məsumənin (s.ə) hərəmində dəfn edildi. Ayətullah Siybəveyhçoxlu irfani hallara sahib idi. Onun, Zamanın İmamı (ə.f) ilə Ərəfatdagörüşməsi nəql olunur. /Mehman Müctəba/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button