ArxivXəbər lentiXəbərlər
Bakıda İranlıların Əhl Beyt(ə) hüseyniyəsində Məbəs bayramı mərasimi keçirilib

Həzrət Məhəmməd Mustafanın(s.ə.s) peyğəmbərliyə təyin edilməsi, besəti, münasibəti ilə, Məbəs bayramı axşamında Bakıda iranlıların Əhl Beyt(ə) hüseyniyəsində əzəmətli mərasim keçirilib.
Əhl Beyt(ə) məddahları İslam Peyğəmbərinin(s.ə.s) vəsfində şerlər oxuyublar.
İnqilab Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətülislam Ocaqnejad da bu mərasimdə çıxış edərək, “besət”in fəlsəfəsi barədə danışıb.
Mərasimin davamında müsəlmanlar arasında birlik və həmrəyliyə təkid edilib.
Məbəs bayramı münasibəti ilə Azərbaycanın digər məntəqələrində də mərasimlər keçirilib.