İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei bəyan edib ki, İran tərəfi ABŞ-la hər hansısa bir danışıqlar aparmaq niyyətində deyil.
Bu haqda onun rəsmi saytında məlumat yerləşdirilib.
Ayətullah Xamenei bildirib ki, rəsmi Vaşinqton son zamanlar İranın ünvanına olduqca aqressiv və təcavüzkar bəyanatlar və hərəkətlərlə çıxış edib və İran xalqına qarşı ehtiramsızlıq nümayiş etdirib.
“Müharibə olmayacaq, lakin biz həmçinin ABŞ-la danışıqlar da aparmayacağıq”, – deyə o qeyd edib.
Ali lider həmçinin ABŞ-lı siyasətçilərin öz fikirlərinin üzərində axıra qədər durmadığını da vurğulayıb. O deyib ki, ABŞ-lı siyasətçilər əvvəldə qeyd-şərtsiz danışıqlara hazır olduqlarını bəyan edirlər, çox keçmədən isə dialoqun aktivləşməsi üçün tələblər irəli sürürlər.