ArxivXəbər lentiXəbərlər

Ayətullah Xamenei: Amerikanın Suriyaya hücumu strateji xəta və yanlış hərəkətdir

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İran Silahlı Qüvvələrinin komandanlarını Novruz bayramı münasibətilə qəbul edib.

Görüşdə Ayətullah Xamenei çıxış edib və bildirib ki, düşmən xalqın, məsul şəxslərin və Silahlı Qüvvələrini “olmaz, bacarmaram” sözləri ilə ruhiyyəsini zəiflətməyə çalışır. “ İran İslam Respublikasının Silahlı Qüvvələri Allaha təvəkkül edərək və öz gücünə arxanalaraq hər gün gücünü və potensialını artırsın. Yeni təşəbbüslər və çalışmaqla çatışmamazlıqlar və boşluqları doldursun”.
Ayətullah Xamenei bildirib ki, insan üçün ən yaxşı dua düz yolu (sirat müstəqimi) təyin etmək və tanımaq, eləcədə bu yolda dözümlülük göstərməkdir.

Ali Rəhbər Ayətullah Xamenei Qərb dövlətlərinin İrana qarşı savaşda hərtərəfli şəkildə Səddam reimini dəstəklədiyini bildirib. “ Bu gün Suriya məsələsində kimyəvi silahlardan istifadə edilməsi iddiasında olan riyakar avropalı dövlətlər, Səddama tonlarla kimyəvi silah verdilər ki, o həmin silahlarla İran cəbhələrinə, Sərdəşt və Hələbçə bölgələrinə hücum etsin.”
Ayətullah Xamenei deyib ki, düşmən çalışır ki, pisxoloji müharibə taktikasından istifadə edərək məsul şəxslərdə zəiflik və “olmaz, bacarmaram” ruhiyyəsi yaratsınlar.

Ali Rəhbər Amerikanın Suriyaya hücumu və bəzilərinin bu hücumu dünyanın digər bölgələrinə də hücum etmə imkanı kimi dəyərləndirməsinə toxunub. “Cinayət, təcavüz və qanun pozuntusu tamamilə amerikalıların əlindən gələn işlərdir və onlar dünyanın digər nöqtələrində də bu işləri görüblər. Amma əsas məsələ budur ki, onlar bu işi harada görməyə cəsarətləri olacaq? İslam Respublikası göstərib ki, bu kimi səhv işlər və mənasız sözlərlə meydanı tərk etməyəcək. İnqilaba inanan xalq və məsul şəxslər Allaha təvəkkül edərək hədələr və təhlükələr qarşısında geri çəkilməyəcək. Ona görə ki, əgər geri çəkilsəydik bu gün ölkə iflasa uğrayardı”.

Ayətullah Xamenei Amerikanın Suriyaya son hücumu haqqında deyib ki, Amerikalıların gördükləri iş, strateji xəta və yanlış hərəkətdir. “Onlar öz əcdadlarının səhvlərini təkrar etməkdədirlər. Amerikanın bundan öncəki başçıları İŞİD-i yaratdılar və ya ona kömək etdilər. Amerikanın hazırkı başçıları da İŞİD-i və ya onun kimi təkfirçi terrorçu qrupları gücləndirməkdədirlər”

Ayətullah Xamenei əlavə edib ki, bu qruplaşmaların təhlükəsi gələcəkdə amerikalıları problemlə üzləşdirəcək. “Avropa bu gün təkfirçiləri gücləndirmək sahəsindəki səhvə görə, çətinliyə düşüb və xalqın evdə və küçədə sabitliyi yoxdur, Amerika da həmin səhvi etməkdədir.”/maide/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button