Ayətullah Xamenei anti-təkfirçi alim, dövlət rəsmiləri və mütəfəkkirləri qəbul etdi FOTO

İranda təkfirçilik əleyhinə böyük silsilə tədbirlər davam edir
qafqaz.ir/az-ın verdiyi xəbərə görə, bu gün İranda Ali Dini Lider təkfirçilər əleyhinə tədbirlərə qatılmaq üçün İrana gələn alim, ilahiyyatçı və mütəfəkkirləri qəbul edib.
Azərbaycandan QMİ sədri Allahşükür Paşazadənin Ayətullah Xameneinin Azərbaycan üzrə təmsilçisi höccətülislam vəl muslimin Seyid Ocaq Nejadla birinci sırada oturması diqqət çəkib.
Azərbaycan təmsilçilərinin bu tədbirə qatılması təkfirçi dünyasına mesaj kimi dəyərləndirilə bilər.
Bu tədbirdə Azərbaycanlı bir çox ilahiyyatçının iştirakı buna deməyə əsas verə bilər.
İslamazeri.az-ın araşdırması zamanı məlum olub ki, tədbirə qatılan QMİ sədri və müavinlərindən başqa, Şahin Həsənli, Mir Cəfər Əyyubzadə, Hacı Əli Əliğlu, Hacı Nəsimi, Hacı Şamil, Tofiq Əsədov, Elşən Mustafaoğlu da bu silsilə tədbirlərdə iştirak edib.