ArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər
Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei dəyərli alim mərhum höccətül-islam Həsən Məmduhinin vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
“İnna lillah və inna ileyhi raciun” “Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Cənab höccətül-İslam Həsən Məmduhinin vəfatı münasibətilə onu sevən, xüsusi ilə yaxınlarına, ailəsinə və şagirdlərinə başsağlığı deyirəm. O mərhum inqilabçı və təqvalı alim idi ki, uzun illər İslam maarifinin yayılmasında xidmətləri olub. Ümid olunur onun saleh əməlləri Allah dərgahında qəbul olunan əmələrdən olsun. Uca Yaradandan o mərhum üçün rəhmətini və ən yüksək dərəcələri verməsini və yaxınlarına səbr diləyirəm!”
Qeyd edək ki, höccətül-islam Məmduhi ötən gün 81 yaşında vəfat edib.