Aktual

Əfv fərmanı oldu, haqq yenə də həbsdə qaldı

 İlham Əliyev həmişə olduğu kimi bu dəfə də dindarları məyus etdi .

Gündəmi zəbt edən seçki və Orxan Zeynalov mövzularından bir qədər kənarlaşsaq mətbuatımızda çox az sayda aktual mövzular qalır.

Onlardan biri də Qurban Bayramı ərəfəsində prezident İlham Əliyevin imzaladığı əfv fərmanı oldu. Həmin fərmana görə yüzlərlə məhbus azadlığa buraxıldı onların arasında cəmi iki nəfər hüquq müdafiəçilərinin siyahısında olan məhbuslar idi ki, onlar da keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev oldu.

Onu da deyək ki, Əliyev qardaşlarının adı heç də bütün hüquq müdafiəçilərinin siyahısında yer almamışdı, bir neçə müddət əvvələ qədər isə Fərhad Əliyevi müdafiə edən Cəmil Həsənli idi.

Fərhad Əliyev dövlət çevrilişi ilə ittiham olunub azadlıqdan məhrum olmuşdu, hansı ki, ictimai rəyə görə keçmiş nazir ən qabaqcıl korrupsionerlərdən biri idi ki, bu maddə ilə ona qarşı hər hansı bir ittiham irəli sürülmədi. Qısası, bu əfv fərmanının anonsunu bir çox jurnalist və hüquq müdafiəçiləri vermişdi ancaq təəssüflər ki, siyasi və vijdan məhbuslarından heç kimi əfv olunmadı.

İlham Əliyev hacı Mövsüm Səmədov başda olmaqla 300 nəfərə qədər hicab məhbusunu da həbsda saxladı. Bir neçə dəfə bəzi dindar fəallar verdikləri açıqlamalarda bu dəfəki
” Hakimiyyət bütün var gücü ilə öz zalım simasını göstərir, cəmiyyəti qorxu içində saxlamağa cəhd edir, qorxanlar da olur, ancaq hacı Tale kimi gənc dindarlar da olur ki, onlar dini dəyərləri, haqqı canından belə üstün tutur və mübarizəsini həbsdə də davam edir. “
əfv fərmanında hicab məhbuslarının adlarının olacağını ümidlə gözlədiklərini bəyan etmişdi, onlardan başqa bir neçə nəfər vəkil də eyni gözlənitlərdə idi, ancaq təəssüf olsun ki, İlham Əliyev həmişə olduğu kimi bu dəfə də dindarları məyus etdi, onların ailələrinin ürəyinə növbəti dəfə dağ çəkdi.

Bu yaxınlarda İnsan Haqları Klubunun Avropada keçirdiyi etiraz aksiyasından və orda təqdim etdiyi 142 nəfərlik siyasi məhbusun siyahısından sonra elə rəy formalaşmışdı ki, siyahıdakılardan heç olmasa 10 nəfər hicab məhbusu də əfv oluna bilər, təəssüf ki, belə olmadı.

Hakimiyyət bütün var gücü ilə öz zalım simasını göstərir, cəmiyyəti qorxu içində saxlamağa cəhd edir, qorxanlar da olur, ancaq hacı Tale kimi gənc dindarlar da olur ki, onlar dini dəyərləri, haqqı canından belə üstün tutur və mübarizəsini həbsdə də davam edir.

Elə bu gün İlham Əliyev hakimiyyəti ötən il Təhsil nazirliyinin qarşısında hicab azadlıq tələbi ilə keçirilən etiraz aksiyasında iştirak etmiş Nihad Qəhrəmanova 5 il azadlıqdan məhrum etmək cəzası istəyib. Məhkəmə prosesi okyabrın 21-də davam edəcək. Ola bilər hakim dövlət ittihamçısının istədiyi kimi tam olarq 5 il azadlıqdan məhrum etmə cəzası verməsin, ancaq əminliklə demək olar ki, hakim qanunsuz həbs olunan, Konstitusion haqq tələb edən dindar fəalı azadlığa buraxılması üçün də qərar qəbul etməyəcək, uzağı bir neçə ay fərqlə dövlət ittihamçısının tələbini yerinə yetirəcək.

Bu vaxtaq qədər keçirilən məhkəmə iclaslarında isə vəkillərin vəsatətlərini rədd edən hakimdən əlsində ayrı qərar da gözləməyə dəyməz. Onu da qeyd edim ki, dindar fəallara qarşı istər hüquq mühafizə orqanları, istərsə də məhkəmə sistemi çox ədalətsiz, qanunsuz mövqedə durur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button