Qafqaz.ir IRNA-ya istinadən xəbər verir ki, İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Tehranda cümə xütbəsi söyləyib.
“Quranın müsəlmanlar üçün siyasəti ondan ibarətdir ki, müsəlman hökumətləri bir-biri ilə həmrəy olmalıdır. Əgər sizdə bu həmrəylik olarsa, Allahın izzəti sizindir və düşmənlərinizə qalib gələcəksiniz”, – deyə o qeyd edib.
“Düşmənin siyasəti parçalamaq və idarə etməkdir. Müsəlman ölkələrində bu siyasətləri müxtəlif üsullarla həyata keçirdilər, amma bu gün millətlər oyandı; Bu gün İslam və müsəlmanların düşmənlərinin bu hiyləsinə qalib gələ biləcəyiniz gündür”, – deyə o əlavə edib.
O, müsəlmanlarının düşmənlərinin eyni olduğunu vurğlayıb:
“İranın düşməni Fələstin, Livan, İraq, Misir, Suriya və Yəmənin düşmənidir. Düşmən hər yerdə xüsusi üsulla işləyir, amma komanda otağı eynidir və oradan əmr alırlar. Düşmənin fikri bir ölkədən rahat olsa, o biri ölkənin ardınca gedəcək”.
Qeyd edək ki, Ayətullah Xamenei ilə qılınan cümə namazında milyonlarla insan iştirak edib. O, cümə xütbəsini iki dildə – fars və ərəb dillərində söyləyib.