ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Xamenei: Düşmənə İran millətinin və ölkə gənclərinin gücünü və iradəsini göstərmək lazımdır.

Qafqaz.ir “mehrnews”ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei şəhid ailələri ilə, o cümlədən də İsrailin İrana qarşı hücumu zamanı şəhid olan iranlı hərbçilərin ailələri ilə görüşüb.

O bəyan edib ki, İsrail səhvə yol verib və “özləri (öz səhvlərini, öz hücumlarının nəticələrini) şişirdirlər“.

Ayətullah Xamenei edib ki, İsrailin hücumu nə şişirdilməlidir, nə də ki, kiçildilməlidir.

““Dəhşətli heç nə baş vermədi, bu, mühüm deyil” demək səhvdir“, – deyə o qeyd edib.

“İsrail rejiminin İranla bağlı yanlış hesablamalarını (qənaətini) pozmaq (puç) etmək lazımdır. Onlar İranı tanımırlar, onlar İran gəncliyini tanımırlar, onlar İran xalqını tanımırlar, onlar hələ də İran xalqının gücünü, imkanlarını, təşəbbüslərini və iradəsini düzgün dərk etməyiblər; biz onlara bunu göstərməliyik!“, – deyə İranın Ali lideri vurğulayıb.

O deyib ki, təhlükəsizlik məsələlərində cəmiyyətin psixoloji təhlükəsizliyini qoruyub saxlamaq olduqca mühümdür, “insanların qəlblərində qorxu və şübhə toxumlarının əkilməsi yolverilməzdir və Quran da bu barədə birbaşa deyir“.

Ayətullah Xamenei bildirib ki, İsrailin Qəzza sektoru və Livanda keçmişdə və hazırda etdikləri ən sərt, amansız, qəddar hərbi cinayətlərdən biridir.

“Müharibə, əlbəttə ki, ağırdır, bu, şübhəsiz belədir. Lakin hətta müharibənin belə qaydaları, qanunları, məhdudiyyətləri var. Kiminləsə vuruşarkən, işğal edilmiş Fələstin torpaqlarında hökmranlıq edən cinayətkar qruplaşma kimi (İsrailin etdiyi kimi), bütün bu məhdudiyyətləri ayaqlamaq və tapdalamaq olmaz“, – deyə o əlavə edib.

“Dünya bununla mübarizə aparmalıdır, dövlətlər buna qarşı çıxmalıdır, məxsusən də İslam dövlətləri. Söhbət köməyin edilib-edilməməsindən getmir. Bu rejimə yardım ən dəhşətli və böyük günahlardan biridir. Bu gün ən qəddar hərbi cinayətləri törədən mənfur sionist rejiminə qarşı qlobal koalisiya – siyasi, iqtisadi bir koalisiya yaratmaq lazımdır, lazım gələrsə, hərbi koalisiya da yaratmaq lazımdır“, – deyə o vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button