Ayətullah Xamenei İrandakı son iğtişaşlara münasibət bildirib
İslaminSesi.info xəbər verir ki, İran İslam İnqilabının ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün şəhid ailələri ilə görüşüb.
Görüş zamanı çıxış edən Ayətullah Seyid Əli Xamenei ölkədəki son hadisələrə münasibət bildirib. Ayətullah Xamenei, “Düşmən son hadisələrdə əlində olan bütün vasitələrdən istifadə edərək İrana zərbə vurmaq istəyir. İranın düşmənləri əllərindəki müxtəlif vasitələrlə, o cümlədən pulla, silahla, təhlükəsizlik xidmətləri ilə əlbir olub İrandakı nizam üçün problem yaratmağa çalışır. Bu hadisələr haqda deyəcəyim bir neçə söz var və vaxtı çatanda bu haqda xalqa ətraflı danışacağam” , – deyə söyləyib.