Ayətullah Xamenei korrupsiya ilə mübarizədən danışdı

İran İslam Respublikasının Ali Dini Lideri korrupsiya ilə mübariznin vacibliyindən danışıb
qafqaz.az-ın İRİB-ə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali Dini Lideri Ayətullah Xamenei korrupsiya ilə qətiyyətli mübarizənin vacibliyini vurğulayıb.
İran İslam Respublikasının Ali Dini Lideri İranın vitse-prezidenti İshaq Cahangirinin “Korrupsiya ilə mübarizə və düzgün idarəçiliyin möhkəmləndirilməsi” milli konfransının keçirilməsi barəsindəki məktubuna cavab verib.
Məktubda deyilir: “Mənim gözləntim budur ki, rəsmilər istər seminarın keçirilməsi, istərsə də keçirilmədən heç bir mülahizə olmadan qətiyyətli və praktiki qərarlar çıxarmalı və icra etməlidirlər. Rəsmilər arasında mövcud olan həmrəylik və ahəngdarlıq baxımından münasib və ümidverici şəraiti nəzərə alaraq korrupsiya ilə mübarizədə qətiyyətli və əsaslı addım atılmalıdır ki, hamı nəticəsini hiss ediləcək şəkildə müşahidə etsin.”