İran İslam Respublikasının prezidenti Həsən Ruhani və hökümət nümayəndələri ölkənin Ali Lideri Ayətullah Seyyid Əli Xamenei ilə İmam Xomeyni hüseyniyyəsində görüşdü.
Qafqaz.ir-nın veridyi xəbərə görə, görüş zamanı ali lider Ruhaninn administrasiyasına müraciət edərək deyib: “Mən başqalarını buna çağırıram ki, sizin təcrübənizdən yararlansınlar. Bu hökumətin zamanında məlum oldu ki, Qərbə etibar etmək müsbət cavab vermir. Dəfələrlə demişəm indi də deyirəm ki, bu bir mühüm təcrübə oldu ki, Qərbə etibar və etimad etmək olmaz.”
Ayətullah Xamenei vurğulayıb ki, Qərbə etibar etməyin düzgün olmaması bir təcrübə olaraq Ruhaninin hökumətinin zamanında isbata yetdi:
“Onlar bizə kömək etməyiblər. Həmişə bizə zərbə vurublar. Əgər haçansa vurmayıblarsa deməli, imklanları olmayıb. Bu bizim üçün bir mühüm təcrübədir”.
O həmçinin əlavə edib ki, ABŞ və digər Qərb dövlətləri nüvə sazişinə müxtəlif şərtləri əlavə etməyə can atırlar və bundan sonra da sazişi pozmayacaqları barədə təzminat vermirlər.