RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı

Sənəddə qeyd edilir ki, Milli Mətbuatın yaranmasının 138-ci ildönümündə RATİ həbs, zorakılıq və hətta ölüm təhlükəsinə baxmayaraq həqiqəti yazmaq üçün gecə-gündüz çalışan Azərbaycan jurnalistləri, bloggerləri və sosial media fəalları ilə həmrəyliyini ifadə edir: “RATİ Azərbaycanda müstəqil medianın davamlı olaraq üzləşdiyi təqib, fiziki və mənəvi təhdid və digər formada təzyiqləri pisləyir. RATİ hökuməti Azərbaycan vətəndaşlarının BMT İnsan Hüquqları Bəyannaməsi-nin 19-cu maddəsi ilə qorunan söz və mətbuat azadlığı daxil olmaqla bütün ayrılmaz hüquqlarını təmin etməyə çağırır”.
Təşkilatdan virtualaz.org saytına verilən məlumatda deyilir ki, son dövrdə hücuma məruz qalan və həbsə alınan jurnalistlərin sayındakı baş verən görünməmiş artım, qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklərin edilməsi, dolayı senzura müstəqil medianın fəaliyyət sahəsini daha da kiçildib.“RATİ hesab edir ki, ölkədə ifadə azadlığının durumunun pisləşməsinin səbəbi medianın hökumət tərəfindən davamlı və sərt repressiyaya məruz qalmasıdır. Azərbaycanda media bu gün getdikcə daha çox hücuma məruz qalır və buna görə hakim partiya məsuliyyət daşıyır”.