AktualArxivIslamXəbər lentiXəbərlər
Ayətullah Xamenei Ramazan Abdullahın vəfatı münasibətilə başsağlığı verdi

Bismillahir-rəhmanir-rəhim
Mübariz və mücahid qardaş cənab doktor Ramazan Abdullahın vəfatı münasibətilə əziz Fələstin xalqına, Fələstin məsələsini öz problemi sayan bütün mücahidlərə, xüsusən də fədakar İslami Cihad təşkilatına, habelə o mərhumun ailəsinə başsağlığı verirəm. Fələstin müqavimət cəbhəsi olduqca etibarlı və dəyərli bir adamı itirdi. Ümidvaram Allahın yardımı ilə Fəthi Şiqaqi və Ramazan Abdullah kimi mücahidlərin yolunu davam etdirən ləyaqətli mübarizlərin cihad səyləri bu itkinin nəticələrini aradan qaldıracaqlar. Allah uğur verəndir.
Ayətullah Seyid Əli Xamenei
8 iyun 2020
qafqaz.ir