Qafqaz.ir IRNA-ya istinadən xəbər verir ki, İranın Ali lideri Ayətullah Xamenei Suriyadakı terrorçuların aktivləşməsinə münasibət bildirib.
Onun sözlərinə görə, Suriyadakı terrorçular öz hərəkətləri ilə Fələstin məsələsinə kölgə salırlar.
“(Suriyadakı) təkfirçi qruplar İslam düşmənləri üçün yaxşı bir hədiyyədir. İslam ümmətinin bütün diqqətinin Fələstin məsələsinin üzərində olduğu bir zamanda onlar (təkfirçilər) sionist (İsrail) rejimin(in) şeytani həqiqətinə diqqət çəkmək əvəzinə diqqətləri başqa yerlərə çəkirlər“, – deyə o qeyd edib.