Bu gün – səhər Həzrət Fatimeyi-Zəhranın (s.ə) doğum günü ildönümündə Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei imam Xomeyni (r.ə) adına hüseyniyədə şairlər və Əhli-beyt (ə) məddahlarını qəbul edib.
Maide.az xəbər verir ki, Ayətullah Xamenei Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə təbrik edib və Əhli –Beytin (ə) həyatından funksional məsələlərin bəyan edilməsini məddahlığın daha dərin məna kəsb etməsi və təsir edici olmasına səbəb olacağını vurğulayıb. “Bu gün düşmənlər davamlı şəkildə İran xalqı və İslam Sistemi ilə mübarizə üçün bütün vasitələrdən istifadə edir. Bu gün və sabahkı mürəkkəb zamanda İranın mövqeyinin güclənməsi üçün bütün siyasi, iqtisadi, ictimai və müdafiə vasitələrindən istifadə etməliyik. ”
Ayətullah Xamenei bildirib ki, Əhli-Beyt (ə) məddahlığı və mərsiyyə xanı olmağa fəxr etmək lazımdır. “Unversallığı və dərin mənasına görə, mərsiyyə demək və məddahlıq fenomeni yalnız şiə icmasına məxsusdur. Tələbə və tədqiqatçıların bu fenomenin elmi inkişaf yolları və dərinləşməsi üzərində işləməsi zəruridir.”
Ayətullah Xamenei Həzrət Fatimeyi Zəhranın (s.ə) nurani və əzəmətli məqamını dərk etməyin mümkinsiz olduğunu vurğulayıb və bildirib ki, buna baxmayaraq o həzrətin davranış və hərəkətləri haqqında öyrənilməli və bəyan edilməli çoxlu nöqtələr var. “Böyük Peyğəmbərin (s) qızı olması, Allahın vəlisinin həyat yoldaşı olması, həzrət Siddiqeye Kubranın (s.ə) məqamının ucalığı və şöhrətinin göstəricisidir. O həzrətin xüsusiyyətlərindən Behişt əhli gənclərindən iki seyyidi tərbiyələndirməsi, Tahirə olması, təqvalı və ürəyi təmiz olmasını göstərmək olar. İnsan öz ictimai və fərdi yaşayışında davamlı təqva və qayğı ilə bu xüsusiyyətlərə çata bilər.”
Ayətullah Xamenei şair və məddahlara öz şer, mədihə və mərsiyələrində bu həqiqətləri qeyd etməyi tövsiyə edib. “Mənəvi mövqeyi qeyd etmək sevgi yaradır və ürəyi işıqlandırır lakin kafi deyil. Lazımdır hər minbərdə Əimmənin (ə) həyatının praktiki dərslərini ustalıqla bəyan edəsiniz ki, bu Əhli-Beyt (ə) və Vilayətin əməldə davamçısı olmağa zəmin yaratsın.”
Ayətullah Xamenei şer və mədihələrdə gündəmdə olan məsələlərə yer vərməyin zəruruliyini vurğulayıb. “Siyasi, iqtisadi, mədəni və hərbi gücə arxalanan hegemon rejimlər İran xalqı və İslam Respublikasına zərbə vurmaq üçün var gücləri ilə çalışırlar və bu həqiqəti unutmaq olmaz. Onlar İranla düşmənçiliklərində həm köhnə və həmdə yeni vasitələrdən istifadə edir. Onlar öz məqsədlərinə çatmaq üçün danışıq, iqtisadi mübadilələr, sanksiya, hərbi hədə və başqa hər bir vasitədən istifadə edirlər. Biz də bütün sahələrdə onlarla mübarizə aparmaq və özümüzü müdafiə etmək gücünə malik olmalıyıq.Əgər İran dialoq və texnologiya ardınca olsa və hərbi gücünü artırmasa onda hər hədənin qarşısında geri çəkilməli olacaq.”
Ali Rəhbər Ayətullah Xamenei hegemon güclərin İran xalqını məcbur etmək üçün arxalandıqları gücün hərbi güc olduğunu bildirib və soruşub: “Meşəyə bənzəyən dünyanın hazırkı durumunda, İslam Respublikası yalnız danışıqlar, iqtisadi mübadilələr, elm və texnologiya arxasınca ola və lakin hərbi gücə malik olmaya. Sizcə kiçik dövlətlər belə İran xalqını hədələməyəcək?.”
Ayətullah Xamenei hazırkı dövrün dialoq dövrü olduğunu və raket dövrünün geridə qaldığını deyənləri sərt tənqid edib. “Hazırkı dövr hər şeyin dövrüdür, yoxsa açıq –aşkar və rahatlıqla xalqın haqqını tapdalayacaqlar. Əgər bu sözü bilməyərək deyirlərsə bu başqa amma əgər bilərəkdən bu sözü deyirlərsə xəyanət edirlər. İslam İnqilabı Keşikçilər Korpusunun (sepah) inkişaf etmiş raket bazalarının göstərilməsi Amerika və Sionist rejimin əlindən ürəkləri qan ağlayan və əllərindən heç bir iş gəlməyən xalqların sevincinə səbəb oldu. Düşmənlər davamlı şəkildə öz hərbi və raket güclərini artırır. Belə olduğu halda necə deyə bilərsiz raket dövrü geridə qalıb?”
Ayətullah Xamenei bir neçə istisna ilə siyasi danışıqlar və diplomatiya vasitələrindən istifadəyə razı olduğunu bildirib. “Elə təbliğat aparmasınlar ki, elə bil mən dialoqa müxalifəm. Biz deyirik müzakirələri oyaq və güclü aparmaq lazımdır ki, başımıza papaq qoymasınlar.Dünya əhəmiyyətli məsələlərlə bağlı siyasi dialoqla razıyam. Bugün həm raket həm də dialoq zamanıdır. Danışıqlar zamanı da güclü olmaq lazımdır . Biz müzakirə edirik, kağız üzərində yazırıq, amma sanksiyalar götürülmürsə deməli burada irad var. Bu zəmində də özümüzü gücləndirməliyik”
Ayətullah Xamenei şair və məddahlara tövsiyələrinin davamında bildirib ki, düşmənlərin gənclərin inanclarını zəiflətmək üçün səyləri ilə mübarizə aparsınlar. “Düşmənlər çalışır ki, gənclərin İslam və İslam sisteminin səmərəliliyinə olan inancını zəiflətsin. Şair və məddahlar öz mənalı şerlərində məharətlə dinləyiciləri ümidvar, çalışqan, səmərəli insanlara çevirsinlər və xalqın oyaq və bəsirətli olmasına çalışsınlar”. /
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)