Rusiya Gürcüstan hərbi qüvvələrinin ona müqavimət göstərmək ixtiyarında olmadığını görən kimi burada ikinci cəbhə açacaq.
Bunu Gürcüstan mətbuatına açıqlamasında ekspert Aleko Kvaxadze söyləyib. Onun sözlərinə görə, Kremlə Ermənistanla intensiv kommunikasiya xətti lazımdır:
“O, Ukrayna ilə paralel yaranacaq qaynar nöqtədən imtina etməyəcək. İran üzərindən sanksiyaların götürülməsindən sonra Rusiyaya özünün strateji müttəfiqi olan Ermənistanla əlaqə lazımdır. Ona görə də Moskva İrəvanla arasında quru yolla koridor yaratmağa çalışacaq və bunun üçün Gürcüstana təzyiqini artıracaq. Həmçinin, Rusiyanın düşünülmüş şəkildə müdaxilə edərək, Tsxinvalini Borjomi və Cavaxetiyadan istifadə edərək Ermənistanla əlaqələndirəcəyi də istisna edilməməlidir”.