Xəbərlər

Putin Rusiyası – yalançı böyük dövlət

«ABŞ-ın Rusiyanın mövqeyi ilə hesablaşmağı lazım bilməməsi və Rusiyanın Vaşinqtona maneə yaratmaq imkanında olmaması Moskvanın zəifliyindən xəbər verir»

Bu günlərdə “New York Times” qəzetində dərc olunan məqalədə müəllif iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin Suriyaya qaçılmaz hərbi zərbələrə sükutla cavab verməsi onun bu məsələ ilə barışdığını göstərir.

Bu heç də o demək deyil ki, o, Amerikanın Suriyaya hərbi müdaxiləsinə qarşı çıxmır. Çox güman ki, Rusiyanın sonuna gətirib çıxaracaq nüvə zərbələrini endirmək imkanı olmadığı halda Amerikanın qarşısını başqa yolla almaq mümkün deyil. Bu isə daha ciddi məsələni ortaya çıxarır – bu gün dövlətlər ən azı uzun müddət özünü yalandan güclü kimi təqdim edə bilmir.

Prezident postuna qayıtdığı andan Putin yorulmadan Rusiyanın güclü dövlət kimi beynəlxalq arenaya çıxdığı və ABŞ-la eyni səviyyədə olması təəssüratını yaratmağa çalışırdı. O bunu ABŞ üçün məhdud strateji əhəmiyyət daşıyan vacib məsələlərdə açıq şəkildə Vaşinqtona meydan oxumaqla edirdi. Buna misal kimi Suriyada vətəndaş müharibəsini və Edvard Snoudenin işini göstərmək olar. Beləliklə, Putin digər dövlətlərə göstərir ki, onlar ABŞ-ın hədəfinə çevrilsələr, Rusiyadan kömək istəyə bilərlər. Ancaq belə vəziyyəti uzun müddət saxlamaq mümkün deyil. Bunu Çar imperiyası və Sovet Ittifaqı timsalında görmək olur. Son illər səslənən yumşaq güc haqqında çoxlu söhbətlərə baxmayaraq, güclü dövlətlər ilk növbədə hərbi qüdrət və var-dövlət kimi kobud güc resursu üzərində qurulur. Bunlar saxtalaşdırılması mümkün olmayan maddi sərvətlərdir: uzun müddət yalandan güclü ordunun olduğunu demək mümkün deyil, çünki gec, ya tez sizi bunu nümayiş etdirməyə çağıracaqlar və ordunun zəif olduğunu hamı görəcək.

ABŞ-ın Suriyaya hərbi müdaxiləyə hazırlaşması ilə Rusiya məhz belə bir situasiyayla üzləşdi. ABŞ-da bir çoxları hesab edir ki, Vaşinqton simasını saxlamaq üçün Suriyaya zərbə endirməlidir. Nəzərə almaq lazımdır ki, Obama bəyanatında kimyəvi silahdan istifadəni qırmızı xətti keçmək kimi təqdim edib. Bir çox sosioloji araşdırmalara əsasən, liderlər oxşar situasiyalarda özünün təhlükələri necə həyata keçirməsinə əsaslanaraq digər ölkənin etibarlılığını dəyərləndirmir. Amerikanın Şimali Koreya hərəkətlərinə və Iranın təhlükəsinə reaksiyası bu məntiqə uyğun deyil.

Ancaq Suriya ilə bağlı vəziyyətdə şübhəsiz ki, Rusiyanın nüfuzu ortaya qoyulub. Rusiya iki il əvvəl vətəndaş müharibəsi başlayandan Əsəd rejimini beynəlxalq sanksiyalardan qorumağa çalışırdı. ABŞ dəfələrlə Moskvanın Suriyaya münasibətdə davranışından şikayətlənirdi, ancaq bununla belə heç bir cavab addımı atmırdı. Bütün bunlar Rusiyanın yenidən güclü dövlət olması ilə bağlı mifin güclənməsinə imkan verirdi.

Hazırda ABŞ bu məsələdə Rusiyanın mövqeyinə heç bir məhəl qoymadan Əsəd rejiminə qarşı hərbi əməliyyatlara hazırlaşır. Mahiyyətcə bu, Rusiyanın nüfuzunun olmamasının əsas göstəricisidir. ABŞ-ın Rusiyanın mövqeyi ilə hesablaşmağı lazım bilməməsi və Rusiyanın Vaşinqtona mane olmaq imkanında olmaması Moskvanın zəifliyindən xəbər verir. Soyuq müharibə dövründə ərəb-Israil münaqişələri zamanı, Rusiya hələ də güclü dövlət adını daşıyanda belə vəziyyətin yaranması mümkünsüz idi.

azadliq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button