Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmağı hədəfləyib
Qafqaz.ir APA-ya istinadən xəbər verir ki, İxracın genişləndirilməsi məqsədilə 120-ə yaxın məhsulun 20-dən çox hədəf bazarına çıxarılması nəzərdə tutulur. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Nazir əlavə edib ki, ümumilikdə, 2025-ci ilədək qeyri-neft ixracının həcminin iki dəfə artırılması hədəflənir.