Separatçı Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” Karen Mirzoyan ABŞ-a səfəri çərçivəsində Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb. Görüş Azərbaycanda ciddi narazılıqla qarşılanıb.
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobby təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” başlıqlı tədbirə qatılıb və ABŞ rəsmiləri tərəfindən Qaarabağın “xarici işlər naziri” kimi qəbul olunub.
Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfiri rəsmi Bakı tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) çağırtdırılıb və ona etiraz notasını verilib.