Aktual

Rusiyadan Azərbaycana bilet niyə tapılmır?

Konqressin qaynar xəttinə müraciət etməyin heç bir mənası yoxdur .

Brilyov hadisələri və ya Orxan Zeynalov olayı öz çərçivəsindən çıxıb, hadisələr məntiqi inkişaf həddinin elə bir yerindədir ki, Rusiya cəmiyyətində anti miqrant dalğası öz coğrafiyasını genişləndirib. Yenə deyirəm, Rusiyada qeyri ruslara qarşı hücmular, aksiyalar artıq uzun illərdir davam edir, ancaq Azərbaycan yerli mətbuatı bu məsələyə yalnız Orxan Zeynalov olayından sonra reaksiya verdi və davam olaraq ordakı antimiqrant dalğasını izləməkdədir.

Hazırkı vəziyyətə görə digər ölkələrdən olduğu kimi Azərbaycanlı miqrantlar da Rusiyada özünü təhlükəsiz hiss etmir. Bu gün mətbuatda Rusiya federal miqrasiya xidmətinin yaydığı açıqlamaya istinad xəbər verilir ki, guya Rusiyada olan miqrantlar arasında sayına görə azərbaycanlılar beşincidir və onların sayı 629931 nəfərdir. Ancaq bu məlumat yalnız rəsmi statistikanın məlumatıdır, yəni Rusiyaya gedib rəsmi şəkildə miqrasiya xidmətinin qeydiyyatına düşən azərbaycanlılardır.

Onların sayının 630 min olması təəccüblü deyil, həqiqətdə isə qeyd olunan rəqəmin azı üç misli qədər Rusiyada azərbaycanlı miqrantlar mövcuddur, onlar miqrasiya xidmətinin qeydiyyatına düşməyib, təkcə ona görə yox ki, rada müəyyən rüsumları ödəyəcəklər, həm də ona görə ki, ümumiyyətlə rusiya miqrasiya xidmətində qeydə durmaq üçün heç olmasa 5 gün növbədə durmalısan, sözün əsl mənasında canlı növbədə. Bu növbələr o qədər uzun olur ki, bir çox hallarda insanlar maşınlarda gecələməli olur, yaxı ərazilərdə evlər kirayə tapa bilmədiyi üçün maşınlarında gündüz gecə gözləyir, Rusiyanın soyuq iqlimini də nəzərə alsaq bunun nə demək olduğunu anlamaq çətin deyil.

Elə bu gün Ümumirusiya Azərbaycanlıları Konqressinin icra direktoru İlqar Hacıyev mətbuata verdiyi açıqlamada iddia edib ki, artıq Rusiyada azərbaycanlılar
” Hələlik nə qədər azərbaycanlıların qayıtması barədə heç bir məlumat olmasa da bu rəqəmin 10 mindən çox olduğu bildirilir. “
incidilimir, onlar heç bir təzyiqlə üzləşmir və onların qaynar xəttinə müraciət edənlərin də sayı azalıb.

İlqar Hacıyevin bu axmaq açıqlamasına şərh olaraq bildiririk ki, Rusiyada yaşayan azərbaycanlıların bir çox ilə əlaqələrimiz var, onlar vəziyyətin hər gün daha da pisləşdiyini, həm polis həm də yerli rus millətçiləri tərəfindən təqiblərə məruz qaldıqlarnı bildirir.

Polislər onları əsassız olaraq həbs edib pulunu alıb bir neçə gün sonra buraxırlarsa, yerli rus millətçiləri qrup halında onlara basqın edib özlərini ölümcül döyür, öldürür və mallarını qarət edir. Bir çox hallarda bunu elə polisin gözü qabağında edirlər, bu gün mətbuatda yerləşdirilmiş video çarxdan göründüyü kimi qrup halında qeyri rusları döyürlər, “öldür, öldür” şüarları səsləndirirlər və ətrafda duran polis işçiləri isə insidentə müdaxilə etməkdə həvəsli görünmürlər.

Əlaqə saxladığımız azərbaycanlılardan ÜAK-nin qaynar xəttinə müraciət edib etməməsini soruşduqda onlar bildirirlər ki, Konqressin qaynar xəttinə müraciət etməyin heç bir mənası yoxdur, çünki bu təşkilatın təmsilçiləri heç bir yardım etmirlər, əksinə azərbaycanlıları təhqir edərək bildirirlər ki, Rusiyaya gələn azərbaycanlılar ucbatından onlara da münasibət yaxşı olmur.

Təsəvvür edirsinizmi? Azərbaycandan Rusiyaya gedən İlqar Hacıyev kimi azrbaycanlılar özlərini diaspor təşkilatı adlandırır sonra da onlardan yardım istəyən azərbaycanlıları Rusiyaya gəldikləri üçün təhqir edirlər. Bu arada Rusiyadan Azərbaycana azərbaycanlı miqrantların kütləvi axını başlayıb, artıq nə təyyarələrdə nə də qatarlarda biletlər tapılmır, onlar Rusiyanı tərk etmək məcburiyyətindədir. Hələlik nə qədər azərbaycanlıların qayıtması barədə heç bir məlumat olmasa da bu rəqəmin 10 mindən çox olduğu bildirilir. Azərbaycan hakimiyyəti isə bu məsələnin həllində hələ ki, heç bir addım atmayıb və hər şeyin qaydasında olduğu qənaətindədir, tipik İlqar Hacıyev kimi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button