ArxivXəbər lentiXəbərlər

Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır

Azərbaycan Avropada əsas silah növlərinin ikinci ən böyük idxalçısıdır. Report xəbər verir ki, bu barədə Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun dərc etdiyi “Beynəlxalq silah transferində trendlər-2014” adlı hesabatında deyilir.

Hesabatda dünyanın bir sıra regionlarında 2010-2014-cü il və 2005-2009-cu illər ərzində silah idxalı və ixracı üzrə məlumatların müqayisəli təhlili əks olunub.

Hesabatda qeyd olunur ki, son 5 il ərzində Avropaya silah idxalı 2005-2009-cu illərlə müqayisədə 36% azalıb. Böyük Britaniya əsas silah növlərinin ən iri idxalatçısıdır, Avropada silah idxalının 14%-i bu ölkənin payına düşür. Azərbaycan II yeri tutur (13%).

2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə Azərbaycana silahların idxalı 249% artıb.

Verilən məlumata əsasən, Azərbaycana silah idxalının təxminən 85%-i Rusiyanın payına düşür.

Ermənistan tərəfinin silah idxalı Azərbaycanın idxal etdiyi həcmin 4%-ini təşkil edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button