ArxivXəbər lentiXəbərlər

“Azərbaycan ayıq-sayıq olmalıdır”

“İŞİD taqətdən düşüb, amma terrorçu qruplaşmanın üzvləri regiona, həmçinin əksər ölkələrə səplənib. “İrandakı terror hadisəsindən sonra Azərbaycan ayıq-sayıq olmalıdır”. Bunu SalamNews-a politoloq Qabil Hüseynli deyib.

“İŞİD-ə qarşı ayrı-ayrı ölkələrdə mübarizə aparmaq lazım gələcək. Çünki heç bir ölkə terrordan tamamilə qoruna bilməz. Ona görə də Azərbaycan da ayıq-sayıq olmalıdır. Ümid edirəm ki, belə bir hadisənin Azərbaycanda baş verməsi mümkün olmayacaq”, – o bildirib.

İŞİD-in çoxdan İranı hədəfə aldığını bildirən Q.Hüseynli sözügedən terror qruplaşmasının məhv edilməsi üçün İranın əsas qüvvələrdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, İran İŞİD-ə qarşı ən fəal hərəkət və mübarizə aparan ölkələrdəndir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button