ArxivXəbər lentiXəbərlər
Azərbaycan baş nazirinin müavini Qarabağ münaqişəsi barədə açıqlama verdi

Azərbaycan Respublikası baş nazirin müavini və Yeni Azərbaycan Partiyasının icraiyyə katibi Əli Əhmədov deyib: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən qədər diplomatik inkişaf əldə olunub. Lakin əgər Ermənistan Azərbaycanın ərazilərni sülh yolu ilə azad etməklə razılaşmazsa, müharibə qaçılmaz olacaqdır.
İRİB-in məlumatına görə, Azərbaycan və Ermənistan hərbçilərinin təmas xəttinə yaxın bölgədə Azərbaycan hərbçiləri ilə görüşən Əli Əhmədov əlavə edib: Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasını istəyir. Lakin əgər bu münaqişənin həlli bu şəraitlə mümkün olmasa, şübhəsiz Azərbaycanın hərbi qüvvələri Qarabağ münaqişəsinin həlli üçün addım atacaqlar.