Azərbaycan Respublikası münaqişəli Dağlıq Qarabağ barədə BBC-nin reportajına etiraz edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib: BBC müxbiri qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib və bu ölkənin qanuni sərhədlərini pozub.
Azərbaycan Respublikası XİN sözçüsü əlavə edib: BBC-nin reportajında müxtəlif ibarətlərdən istifadə olunmaqla Qarabağ münaqişəsinin mahiyyəti təhrif olunub və Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü, işğalı və etnik təmizləməsi təşviq olunub.
Hacıyev deyib: Ermənistan açıq-aşkar formada Cenevrə konvensiyasını pozaraq suriyalı erməni qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərinin əhali tərkibini dəyişmək məqsədilə bu bölgələrdə yerləşdirir.