ArxivXəbər lentiXəbərlər
Ermənistanın müdafiə naziri Naxçıvanla sərhədə gəldi

“Onlar müxtəlif sektorlarda atəşkəsin saxlanılmasını izləyiblər”, – deyə Ovannisyan qeyd edib.
Oktyabrın 5-də Ermənistanın müdafiə naziri David Tonoyan Baş Qəraragah rəisi general-leytenant Artak Davtyanla birlikdə Naxçıvan istiqamətində yerləşən hərbi hissələrdən birinə gəlib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.
“Onlar müxtəlif sektorlarda atəşkəsin saxlanılmasını izləyiblər”, – deyə Ovannisyan qeyd edib.
Xatırladaq ki, həmin gün Tonoyan işğal altında olan Qarabağa da gəlmişdi.