Astaranın imam cüməsi: Azərbaycan hökumətinin şiələrə qarşı hərəkətləri bu ölkə başçılarının zərərinə tamamlanacaq

Hafizniya: Azərbaycan Respublikasında dindarlarla qarşılaşma prosesi, mütləq bu ölkə başçılarının zərərinə tamamlanacaq.
Qafqaz Mədəniyyət Mərkəzi – Astaranın imam cüməsi höccətül-islam vəl-müslimin Kazim Hafizniya bu həftəki cümə namazının xütbələrində Azərbaycan təhlükəsizlik qüvvələrinin Nardaran qəsəbəsində imam Hüseyn (ə) əzadarlarına hücum etməsini məhkum edib və Azərbaycan dövlətinə xitab edərək deyib: “Azərbaycan dövləti bilməlidir ki, onların möminlərlə və namazqılanlarla belə rəftarı öz zərərlərinə tamamlanacaq, möminləri və Əhli-Beyt (ə) tərəfdarlarını şəhid etməklə öz məqsədlərinə çatmayacaqlar”.
O xatırladıb: “Azərbaycan dövləti şiələrlə və möminlərlə qarşılaşmasının əvəzinə ölkədə vəhabiliyin genişlənməsinin qarşısını alsın və özünü belə həssas məsələlərə düçar etməsin, ölkədə şiələrin hisləri ilə oynamasın”.
Azərbaycan dövlətinin bu hərəkəti davam etdiyi surətdə dövlətin özünün zərər edəcəyini deyən imam cümə, bu dövlətdən istəyib ki, imam Hüseyn (ə) əzadarlarına hücum edənlərlə ciddi qarşılaşsın.