AktualAktualArxivXəbər lentiXəbərlər
Azərbaycan dövləti şiələri əleyhinə siyasətlərinin təhlili

Azərbaycan dövləti bu ölkənin tanınmış ruhanilərindən bir neçəsini həbs etməklə məzhəbi və islami birlik mesajına əhəmiyyət vermir.
Qafqaz Mədəniyyət Mərkəzi – Mustəfəvi Murtəzəvi bir məqaləsndə yazır:
Ötən ilin Nardaran hadisələrindən sonra təhlükəsizlik tədbirlərinin güclənməsinin, bir neçə ruhaninin həbs edilməsinin şahidi olmuş Lənkəran şəhərində cari il 19 apreldə bir daha təhlükəsizlik tədbirləri işə salındı, şəhərə giriş-çıxış məhz təhlükəsizlik tədbirləri altında mümkün oldu.
Lənkəranın və onun ətrafında yerləşən Astara kimi şəhərlərin əhalisi ötən günlərdə vəhabilərin bir sıra təhrikedici hərəkətlərinin, o cümlədən Xaçmaz rayonunda Molla Əhməd və Qışlaq Baba ziyarətgahlarının dağıdılmasının, habelə Astaranın Şikran kəndində 20 qəbir başdaşının sındırılması xəbərlərini eşitdilər. Əvvəl belə güman edirdilər ki, yaranmış təhlükəsizlik tədbirləri vəhabilərin bu hərəkətləri ilə bağlıdır. Amma bu təsəvvür çox tez öz rəngini itirdi və Lənkəran əhalisi başa düşdülər ki, bu şəhərdə yeni şiəfobiya dəftərində təzə səhifə yazılacaq. Belə də oldu. Bir neçə saat ötməmişdi ki, uzun müddət Lənkəranin Azriba məhəlləsindəki Həzrət Əbəlfəzlul-Abbas (ə) məscidində imam camaat olmuş ilahiyyatçıKərbəlayi Qismət İsayev, habelə Seyid Vüqar İsmayılov və Mais adlı iki dindar maskalılar tərəfindən öz yaşadıqları evdən götürülüblərvə naməlum istiqamətə aparılıblar. Bir qədər sonra isə Mais adlı dindar azad olundu.
Azəri medialarının yaydıqları xəbərə görə, bir müddət qabaq Qafqaz Müsəlmanları İdarəsi əsil İslama inanclı ruhaniləri aradan götürmək siyasəti çərçivəsində Ramiz Əliyev adlı şəxsi məscidin yeni axundu kimi təyin edib. Lakin onun bir toyda ruhaniyə yaraşmayan hərəkətə yol verməsinin, həmçinin dini və ictimai qeyri-normal hərəkətlərinin sosial şəbəkələrdə yayılmasından sonra camaat namazda ona iqtida etməkdən çəkindilər və yenə Kərbəlayi Qismət İsayevin imamlığı ilə öz vacib namazlarını yerinə yetirdilər. Bu da onun həbs edilməsinə səbəb oldu.
Əlbəttə bu məsələnin hamısı demək deyil. Azərbaycanın Daxili İşlər Nazirliyi və Baş Prokurluğu Nadraran hadisələrində verdikləri bəyanatsayağı bir bəyanat yayaraq bildirdi: “Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən Lənkəran rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əhali arasında milli və dini zəmində separatçı fikirlər yayan, vətəndaşları kütləvi itaətsizliyə və hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağıran şəhər sakinləri – Qismət İsayev və Vüqar İsmayılov saxlanılıblar. Adını “Müsəlman Birliyi Hərəkatı” qoyan təşkilatının rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası, eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır”.
Bir lənkəranlı və şiə ilahiyyatçının saxlanılması dindarların qabakı həbs edilmələri ölçüsü ilə müqayisədə yeni və mühüm bir hadisə kimi nəzərə çarpmadı, lakin onun hazırkı bir zamanda baş verməsi, daxili işlər və prokurorluq orqanları tərəfindən yayılmış bəyanatın növü diqqəti çəkən bir mövzudur. O cümlədən:
-
Qarabağda baş vermiş son 4 günlük müharibədə Azərbaycan dindarları, hətta islamçı və etiqad məhbusları müxtəlif çıxışları, bəyanatları, hərəkətləri ilə müharibədə iştirak etməyə hazır olduqlarını bildirdilər, ordunu dəstəkləyən konfranslar keçirdilər… və bütün bunlarla milli ruhun yüksəlməsində, milli birliyin yaranmasında rol oynadılar. Hakimiyyətin dindarlara qarşı sayğısızlığının qarşısında işğalçılarla mübarizə etmək üçün dövlətlə bir səngərdə olduqlarını elan etdilər. Ona görə də dövlətin bu tezliklə Azərbaycanın şiə camiəsinə belə bir cavab verəcəyi gözlənilmirdi.
-
İşarə olunduğu kimi Azərbaycanda vəhabilər Qarabağa görə ölkədə yaranmış durumdan, o cümlədən Ərəbistan kimi vəhabiliyi himayə edən ölkələrin Qarabağ müharibəsində Azərbaycana dəstək nümayiş etdirməsindən istifadə edərək, təhrikedici hərəkətlər etmək üçün əlverişli şərait qazanıblar. Sözsüz, belə hərəkətlərin bərkiyəcəyi və onun Azərbaycanda məzhəbi qarşıdurmaya çevriləcəyi surətdə xoşagəlməz nəticələr yaranacaq. Belə bir durumda şiə fəallarının saxlanılması Azərbaycan dövlətinin vəhabi hamiləri olan ölkələrə, o cümlədən Ərəbistana təşəkkür etmək məqsədilə vəhabilərin hərəkətlərində əli olması fikrini formalaşdırır. Əlbəttə, kaş ki, belə olmayaydı.
-
Qarabağ müharibəsində İran dövləti Ermənistanla qonşu və diplomatik münasibətləri olmasına baxmayaraq Azərbaycan tərəfinə dəstək verdi və bunu İran-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin Tehranda üçtərəfli görüşləri, İran-Azərbaycan-Rusiya xarici işlər nazirlərinin Bakıda görüşləri çərçivəsində diplomatik dəstəyi ilə sübut etdi. Habelə, Ali Məqamlı Rəhbərin Azərbaycan əyalətlərindəki nümayəndələri Azərbaycana tam dəstək verdilər, hətta Qarabağ döyüşlərində iştikar etməyə hazır olduqlarını bildirdilər. Bunlardan əlavə, İran islam Respublikasının şiələri də Azərbaycandakı həmdil və həmdinlərini müxtəlif yollarla dəstəklədilər. Belə bir şəraitdə Azərbaycan dövlətinin dindarla qarşı son həbsləri islami və məzhəbi birliyin mesajı üçün münasib reaksiya deyil.
-
İlham Əliyevin İrana son səfərinin ardınca (bu səfər Nardaran hadisələrinə görə İran və Azərbaycan xalqları arasında bərk tənqidlərə səbəb olmuşdu) və onun Ali Məqamlı Rəhbərlə görüşməsindən, həzrət Ayətullah Xamenei tərəfindən dini təzahürlərə hörmət olunmasının zəruriliyi, şiələri dəstəkləməyin lüzumu və s. kimi dəyərli tövsiyələrin verilməsindən sonra dünya şiələri, o cümlədən Azərbaycan şiələri İlham Əliyevdən münasib əksül-əməl gözləyirdilər. Lakin dindarların həbsi ilə bağlı son hadisə göstərir ki, dövlət rəhbəri hələ də qabaqkı dabanı üzərində fırlanır və zahirən, Nardaran hadisələrində istifadə etdiyi senaridən yenə faydalanmaq istəyir. Əlbəttə, ümid edirik ki, belə olmasın və Azərbaycan prezidenti bu mövzuda müdriklik göstərəcək.