Azərbaycan dövlətiinin İranın dost hərəkətinə cavabı-İran vətəndaşı 3.5 il həbsə məhkum edildi
Redaksiyamızın “Anaj” xəbər portalına əsasən verdiyi məlumatına görə Möhsün Pakayin Azərbaycan Respublikasının bəzi medialarında Ərdəbil əyalətinin Ticarət Sərgilərinin Qoruma işçisi Mikayıl Kazimi haqda bəzi əsassız ittihamların irəli sürülməsinə işarə edərək, deyib: “Mikayıl Kazimi qeyd edilən mediaların iddialarının əksinə olaraq, Ərdəbil əyalətinin Ticarət Sərgilərinin Qoruma işçisi olubdur ki, səkkiz ay öncə bu əyalətdən olan bir heyətlə birlikdə Biləsuvar sərhəd keçid məntəqəsindən Azərbaycan Respublikasına gəliblər”.
Pakayin deyib: “Normaldır ki, bütün ölkələrdəki qoruma işçiləri onlara verilən vəzifələrinə görə, təşkilatı silaha malikdirlər və bu şəxs Azərbaycan Respublikasına daxil olduqdan öncə öz silahını İran İslam Respublikasının sərhəd qüvvələrinə təhvil verir, amma bu silahın yanında olan güllə darağını təhvil verməyi unudur. Buna görə də onun həbs edilməsi səbəbi Biləsuvarda Azərbaycan Respublikasının gömrük məmurları tərəfindən bu güllə darağının onun yanında aşkarlanması olub”.
Səfir artırıb: “İranın Bakıdakı səfiri mövzu haqda xəbər aldıqdan dərhal sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bir nota verərək, onun azad edilməsini istədi. Hətta Azərbaycanın sərhəd rəsmilərindən biri onun azad edilməsi haqda söz verdi. Amma naməlum səbəblərə görə bu mövzu hələ də həll edilməmiş olaraq qalmaqdadır”.
Pakayin deyib: “Son zamanlar birdənbirə başa düşdük ki, Azərbaycandakı bir məhkəmə bu şəxsi mühakimə edərək, onu 3.5 il həbsə məhkum edib. Buna görə də məhkəmənin hökmünə qarşı apellyasiya şikayəti təqdim edildi. Biz Azərbaycandakı dostlarımızdan bu məhkəmə işinin bağlanmasını elan etmələrini gözləyirik”.
Bəzi Azərbaycan Respublikası medialarının Təbrizdə həbs edilən Azərbaycan vətəndaşı Xalidə Xalidin azad edilməsi mövzunu bu məsələ ilə əlaqələndirməyə səy göstərmələrinə işarə edən İranın Bakıdakı səfiri bunların ayrı-ayrı və bir-birilə əlaqəsi olmayan bir mövzu olduğunu bildirib.
Qeyd edək ki, “Gənc Reportyorlar Klubunun” bu gün Azərbaycan dövlətinin dostluğa sığmayan hərəkəti barədə xəbər yayıb. Bu xəbərə görə Böyük Məqamlı Rəhbərin Bakı Ofisinin nümayəndəsinin müavininə viza verilməyib. Azərbaycanın yaxşı qonşuluq münasibətlərinə uyğun olmayan bu hərəkəti elə bir şəraitdədir ki, İran rəsmiləri Təbrizdə həbs edilmiş Azərbaycan vətəndaşı Xalidə Xalidin azad edilməsini qarşı tərəfin rəsmilərinə söz veriblər.
Habelə, Azərbaycan dövlətinin bu hərəkəti İran İslam Respublikasının Allaşükür Paşazadəni isti qarşılamasından sonra baş verir.