ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Qarabağ Dirçəliş Fondunun 1 milyonluq kitabı: “Müəllifi Den Braundur?”

“Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın yazılması üçün 1 178 672 manatlıq müqavilə imzalanıb.
Bu haqda məlumat Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib.
Sifarişçi Qarabağ Dirçəliş Fondudur.
Müqavilə “Media Prima Advertising” Dubayda qeydiyyatdan keçmiş reklam şirkəti ilə imzalanıb.
Foto: “Facebook”
Satınalmanın detalları barədə məlumat verilməyib.
Meydan TV-nin əməkdaşı Qarabağ Dirçəliş Fondu ilə əlaqə saxlayıb.
Qurumdan məsələ şərh olunmayıb.

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hesab edir ki, bir kitabın nəşri üçün bu qədər vəsaitin xərclənməsi real görünmür.
Naşir Meydan TV-yə deyir ki, kitaba xərclənəcək məbləğlə bağlı ətraflı məlumat verilməlidir:
“Kitabın çapına, yazılmasına və tərtibatına nəzərdə tutulan xərclər detallı açıqlanmalıdır. Kitab bahalı ola bilər. Kitabı yazan müəllif kimdir? Bəlkə, Den Braundur? Olmaya, kitabı dünya miqyasında kitabları çox satılan Coan Roulinq yazacaq? Yoxsa Aqata Kristi dirilib gəlib, bu kitabı yazacaq? Heç bir halda bu qədər məbləğ mümkün deyil. Bu vəsait bir kitab üçün fantastik rəqəmdir”.
