AktualAktualArxivXəbərlər

Siyasi repressiya gurbanlarına azadlıq!

1400235212_10269579_817588944974576_6872627423017046931_n

Müsavatın siyasi məhbus müəmması

Son günlər Azərbaycanla bağlı siyası məhbuslar məsələsi xüsusi olaraq gündəmə gətirilib. Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyinin başlaması ilə hakimiyyətə qarşı insan haqları, demokratiya və siyasi məhbuslarla bağlı təzyiqlər artıb. Belə bir şəraitdə hakim komanda durumdan çıxmaq üçün müxtəlif yollar arasa da bir nəticə əldə edə bilmir, əksinə mövcud rejimin qanunsuzluqları daha qabarıq şəkildə aşkarlanır. Bir müddət öncə məhbusların müraciəti, Azərbaycan həbsxanalarında real durumun ictimaiyyətə çatdırılması xüsusilə şok effekt yaratdı.

“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı tərəfindən ictimailəşən müraciət Ədliyyə Nazirliyi Pentensiar xidmət tərəfindən böyük qəzəblə qarşılandı. Qurum o dərəcədə həyacanlı və başını itirmiş halda idi ki, açıqlamasının fərqinə belə varmadı. Gestapo rejiminə çevrilmiş həbsxanalardakı vəziyyəti dəyişmək, problemi araşdırmaq əvəzinə Pentensiar xidmət”Siyasi Məhbuslarsız Azərbaycan” Alyansın qeydiyyatı haqda danışmağa başladı. Bu məsələ həmin vaxt mediada kifayət qədər işıqlandırıldı. Toxunmaq istədiyimiz məqam başqa məsələ ilə bağlıdır. Cumhuriyyet.az-a daxil olan məlumata görə hakimiyyət siyasi məhbuslar məsələsi ilə bağlı müxalifətin hər hansı bir qolu ilə əməkdaşlıq, daha dəqiq desək “siyasi alver” yolları axtarır. Bu haqda cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə son vaxtlar artmaqda olan təzyiqlərin qarşısını almaq və Avropa Parlamentində yeni siyasi məhbus siyahısının təsdiqindən yayınmaq üçün bəzi QHT-lər və siyasi partiyalarla birgə plan qurulur: “Bu plana əsasən müxalifətin özü tərəfindən siyasi məhbus siyahısında müəyyən “islahatlar” aparılaraq bu siyahı kiçildilir və həmin siyahıdakı bir çox şəxslərın əfv olunması ilə bu problem həll edilir. Bunun üçün həm bir neçə QHT-nin, həm də bəzi müxalif siyasi təşkilatların dəstəyi lazımdır.”

Mənbəmiz bu istiqamətdə artıq bəzi addımların atıldığını bildirməklə yanaşı bu prosesdə Müsavat partiyasına yaxın QHT-lər, siyasi şəxslər və medianın iştirak etdiyini söylədi: “Müsavat partiyasının rəhbərliyində təmsil olunan bəzi şəxslərin rəhbərlik etdiyi QHT-lərin siyasi məhbus məsələsində Milli Şuraya daxil olan QHT rəhbərlərindən fərli loyal mövqe tutması, partiyaya yaxın medianın səhifəsində “Azadlıq” (AXCP), “Yeni Cumhuriyyət” (Milli Şura) qəəzetlərində olduğu kimi siyasi məhbus siyahısının verilməməsi və digər bu kimi məqamlar bəlli əməkdaşlığın əlamətləri sayılmalıdır”. Kifayət qədər ciddi ittihamların yer aldığı bu fikirlərin reallığa nə dərərəcədə yaxın olduğunu yaxın dövrün siyasi proseslərində yəqin ki, şahid olacayıq.

Apardığımız araşdırmalar da göstərir ki, mənbəmizin verdiyi məlumatlar da diqqəti çəkən, reallığı əks etdirən xeyli məqamlar var. Belə ki, Musavat partiyasının əsas media rupou olan “Yeni Musavat” qəzeti 2 ilə yaxındır ki, siyasi məhbusların şəkilli siyahısını ənənəvi qaydada öz səhifəsinə yerləşdirməkdən imtina edir. Siyasi məhbusların əvf olunması məsələsini isə vaxtaşırı olaraq özünə məxsus şəkildə diqqətdə saxlayır. Dövlət başçısının humanistlik göstərərək az saylı siyasi məhbusların (!?) əhf olunmasını acizanə şəkildə xahiş edən hüquq müdafiəçilərinin mövqeyini tirajlayır. Cəmiyyətə tezliklə geniş əhf olacağı mesajını verməklə bu yöndə mübarizə aparanların başının altına necə deyərlər yastıq qoyur. Məsələn, qəzet yazırdı ki, 19 iyunda İlham Əliyev AŞPA- da edəcəyi çıxış öncəsi əhf sərəncamı imzalayıb bütün siyasi məhbusları əfv edəcək. Adama sual edərlər; bəs nə oldu? Başqa bir misal; qəzet ciddi- cəhdlə cəmiyyətə sırımaq istəyir ki, Azərbaycanda çox az sayda siyasi məhbus var, təxminən 13 nəfər və guya “siyasi dustaqlarla bağlı müxtəlif siyahlar hazırlansa da, Avropa Birliyi ilk növbədə 13 məhbusun azadlığında “olmazsa olmaz” kimi israr edir. Bunları bir daha təkrar yazırıq:
Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıxlı, Əvəz Zeynallı, Əli İnsanov, İlkin Rüstəmzadə və 7 NİDA-çı”(“Avropa Birliyinin iqtidarımızdan “+13” tələbi yazısı”, 15 may 2014- cü il, http://musavat.com/news/siyas%C9%99t/Avropa-Birliyinin-iqtidar%C4%B1m%C4%B1zdan-+13-t%C9%99l%C9%99bi_195455.html?welcome=1)

Əslində daha çox görünən odur ki, Musavat partiyasının siyasi məhbuslarla bağlı yürütdüyü siyasət Novella Cəfəroğlunun və Çingiz Qənizadənin daxil olduğu Monitorinq Qrupunun yürütdüyü siyasətlə, məhbus siyahısı isə MQ- nın reallıqdan çox- çox uzaq olan 30 nəfərlik və ya “Yeni Musavat” qəzetinin tirajladığı +13 siyahısının mahiyyəti ilə üst- üstə düşür. Digər tərəfdən partiya başqanı İsa Qəmbər də həmişə Novella Cəfəroğlunun və “Yeni Musavat” qəzetini müdafiə edib, “onlara hücum Musavata hücumdur” deyir.
Göründüyü kimi Milli Şuranın elan etdiyi (eyni zamanda hüquq müdafiəçisi Leyla Yunusun, İnsan Hüquqları Klubunun və “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın- red.) 140 nəfərlik siyasi məhbus siyahısı Musavat ətrafı QHT və media düşərgəsində tamam fərqli sayda göstərilir. Bu yaxınlarda Musavat partiyasının siyasi məhbuslarla bağlı mitinq elan edib sonda geri çəkilməsi də imitasiyadan başqa bir şey deyildi. Yəqinki əlavə şərhə ehtiyac yoxdur. Görünür Musavat partiyasının 6 ay öncə Milli Şuradan (həm də müxalifət camiyəsindən -red.) ayrılmasının çox ciddi ideloji və siyasi səbəbləri var. O səbəblər zaman- zaman üzə çıxmaqdadır.
Son zamanlar Musavat partiyasının siyasi məhbuslarla bağlı siyasətinə təsir göstərən başqa bir ilginc fakt diqqətimizi çəkdi. Müsavat partiyasının fəallarından olan, keçmiş siyasi məhbus Elşən Həsənovun”Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın rəhbəri kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri Mədət Quliyevə yazdığı məktubu yayılıb. E.Həsənov həmin məktubda “Yeni Müsavat” qəzetinin əməkdaşı ilə birgə generalla görüş istəyini ifadə edib.

Məktubla bağlı təhlilimizə keçməzdən öncə M.Quliyevə müraciətin mətnini olduğu kimi diqqətinizə çatdıraq: “Yazıb xahiş edirəm edirəm ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində yaranmış vəziyyətlə bağlı bizi, mən Elşən Həsənovu və “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu qəbul edəsiniz”.
Qısa bir bir cümlədə buraxılan xeyli orfoqrafiq səhvlər yer alan müraciətə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin hansı reaksiya verəcəyini deyə bilmərik. Amma bildirək ki, apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, E. Həsənov “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri deyil və ümumiyyətlə Alyansada belə vəzifə yoxdur. Digər tərəfdən adı çəkilən Alyans bir xeyli əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini bu hüquq-müdafiə təşkilatının informasiya sorğularına cavab verməkdən imtina etməsi ilə əlaqədar məhkəməyə verib. Həm məhkəmə çəkişməsində olan, həm də bu günlərdə məlum açıqlaması ilə Alyansı “qondarma və qanunsuz fəaliyyət göstərən, qeyri- legitim qurum” adlandıraraq onu aşağılayan Penitensiar Xidmətə bu şəkildə müraciət təəccüb doğurur. Görəsən sadə sualları cavablandırmayan Mədət Quliyevlə görüşdə nələrdən danışmaq olar? Axı müsavatçı E.Həsənov cəzaçəkmə müəsisələrində monitorinq keçirməyi yox, burdakı vəziyyətlə bağlı Penitensiar Xidmətin rəhbəri ilə görüşməyi xahiş edir(!?). Niyə bu görüşdə Alyansın digər üzvləri yox, media nimayəndəsinin olması istənilir? Niyə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı adından istənilən görüş üçün siyasi məhbus siyahısını hər sayında dərc edən qəzetlərin yox, “Yeni Müsavat”ın əməkdaşı təklif olunur? Biz də bu suallara cavab tapmaq üçün məktubun müəllifi E.Həsənovun özü ilə əlaqə saxladıq. Məktubla bağlı məlumatı təsdiqləyən və belə bir müraciət etdiyini bildirən E.Həsənovla söhbətimizdə də suallara tam cavab tapa bilmədik.
Məsələ ilə əlaqədar “Siyasi Məhbuslarsız Azərbaycan”İctimai Alyansının koordinatoru, keçmiş vicdan məhbusu Oqtay Gülalıyevə müraciət etdik. O “Alyansla bağlı məsələlər mətbuatda deyil, təşkilatda müzakirə olunur” deyərək sualımızı cavablandırmaq istəmədi.
Başqa bir mənbədən əldə etdiyimiz məlumatda qeyd olunur ki, son zamanlar fəallığı ilə diqqəti cəlb edən “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın Musavat partiyası tərəfindən nəzarətə alınması istiqamətində ciddi savaş gedir. Musavatın rəhbərliyinin və divan üzvlərinin də təmsil olunduğu Alyansın rəhbərliyinə adı çəkilən partiyanın öz üzvlərindən birinin rəhbər gətirilməsi, bununla da partiyanın siyasi məhbus siyasətinin bu qurum tərəfindən həyata keçirilməsi planlaşdırılır.
Görünən odur ki, AXCP və Musavat arasında başlanan qovğa və sonuncunun Milli Şuradan getməsi hər iki partiya üzvlərinin də təmsil olunduğu “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansında da gərginlik yaradıb. Bu gərginliyin nə ilə sonuclanacağı yaxın zamanlarda bəlli olacaq. Araşdırmalarımız davam edəcək.
Xatırladaq ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 2012- ci ilin avqustunda bir qrup keçmiş siyasi məhbuslar Sahib Kərimov, Tural Abbaslı, Arif Hacılı, Oqtay Gülalıyev, Şahin Həsənli, Əhəd Məmmədli, Zülfuqar Eyvazlı, Elşən Həsənov, Məhəmməd Məcidli, Elnur Məcidli və digərləri tərəfindən yaradılıb.

ABŞ və Aİ diqqət mərkəzində olan Ukrayna hadisələri Əliyev avtoritar rejiminin AR ərazisində müstəqil KİV-lərin, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarınının tamamilə məhv edilməsinə şərait yaratdı.

12 İyun tarixinə azərbaycanda 130 siyasi repressiya qurbanı vardır ki, onlardan 40 nəfəri «vicdan məhbusu», 90 nəfəri isə siyasi məhbusdur.
Sülh və Demokratiya İnstitutunun tərtib etdiyi «Vicdan məhbus»ları siyahısına aşağıdakılar daxildir:
-11 Jurnalist və blogger, həmçinin «Xural»qəzetinin redaktoru Əvəz Zeynallı, Milli azlıqların dilində tərtib edilmiş yeganə «Talışi- Səda» qəzetinin redaktoru Hilal Məmmədov, Azərbaycanın əməkdar jurnalisti Herd Bitserius premiyası laureatı Rauf Mirqədirov, jurnalist Tofiq Yaqublu (onun qızı da hazırda məhkumdur) bloggerlər Rəşad Ramazanlı, Əbdül Əbilov və digəriləri
– 4 hüquq müdafiəçisi, həmçinin 9 Oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkiləri zamanı saxtalaşdırmaya dair ciddi sübutlar aşkarlamış(videohesabatlar da daxil olmaqla)Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi(SMDT) QHT-nin rəhbərlərindən olan Anar Məmmədli və Bəşir Süleymanlı
-Əksəriyyətinin təhsilini ABŞ, Aİ ölkələrindən birində almış olduğu 11 gənc fəal, həmçinin NİDA vətəndaş hərəkatının 8 üzvü. Onlar həbs və istintaq dövrü işgəncələrə və qeyri-insani davranışa məruz qalmışlar.
-2 müxalif düşərgənin 2 lideri: REAL hərəkatının lideri- İlqar Məmmədov və «Müsavat» partiyası başqanının müşaviri Yadigar Sadıqlı
-12 dindar, həmçinin məhşur ilahiyyatçı Taleh Bağırzadə
Repressiyalarla mübarizə mərkəzi tələb edir :
-Əliyev avtoritar rejiminin bütün siyasi repressiyalara məruz qalmış qurbanlarının dərhal azad edilməsini;
– Cinayət işlərinin saxtalaşdırılmasında və işgəncə proseslərində iştirak edən prokurorluq, DİN, MTN əməkdaşalrının cinayət məsuliyyətinə cəlb edilməsini;
– «Rütbəli cinayətkarların» açıq məhkəmə proseslərinin təşkil edilməsini;
– Siyasi motivli işlərdə saxtalaşdırmaya göz yuman hakimlərin və gələcəkdə hakim olacaq şəxslərin hakimlik korpusundan qovulmasını və gələcəkdə hakim rütbəsinə yiyəlnməsinin qarşısının alınması;
RMM Azərbaycan qanunvericiliyi və Beynəlxalq hüquq normalarını pozan hakimlər haqqında kifayət qədər məlumat bazasına malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button