ArxivXəbər lentiXəbərlər

Azərbaycan enerji sektorunda İranla əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan Respublikasının energetika naziri hökuməti İranla enerji sektorunda əməkdaşlıqların genişləndirilməsi üçün çalışdığını qeyd edib.

Natiq Əliyev Azərbaycan və İranın iki ölkə əlaqələrini genişləndirmək üzrə iradəsini qeyd edərək bildirib: Hal-hazırda Tehran və Bakının neft və qaz sahəsində yaxşı əməkdaşlıqları vardır və sanksiyaların ləğvindən sonra əməkdaşlıqların genişləndirilməsi üçün münasib şərait yaranıb.

Azərbaycanın energetika naziri böhranlı şəraitdə Naxçıvan Muxtar Respublikasının enerjisinin təmin olunması üzrə İranın yardımlarına toxunub və dəstəklərinə görə İrana təşəkkürünü bildirib.

Natiq Əliyev həmçinin İran və Azərbaycan Respublikası rəsmilərinin ötən ilkdəki səfərlərinin müsbət nəticələrinə toxunub və deyib: Hazırda iki ölkə müxtəlif sahələr, xüsusilə də enerji və elektrik sahəsində Araz çayı üzərində elektrik stansiyaları inşa etməklə əməkdaşlıq edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button