mədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Azərbaycan-Ermənistan dialoqu: Əliyevin “Tbilisi formatı” təklifinə reaksiya

Oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla danışıqların Tbilisidə keçirilməsini təklif edib.
O, bu bəyanatı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Bəyanatda bildirilib ki, Gürcüstanın həm Ermənistan, həm də Azərbaycanla həmsərhəd olan ölkədir. Bu da onu qonşu ölkələr arasında dialoqun təşviqində perspektivli vasitəçi edir.
İlham Əliyevin sözlərinə görə, Ermənistanla sülh sazişinin bağlanması istiqamətində fəal işin görülməsi vacibdir.
O, belə bir razılaşmanın Cənubi Qafqazda (Gürcüstan, Ermənistan və Azərbaycan) üçtərəfli əməkdaşlığa töhfə verəcəyini deyib.
Əliyev bildirib ki, Ermənistan bu diplomatik prosesdə iştirak etməyə razılıq verdiyi barədə siqnal verərsə, Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlərə başlamağa hazırdır.
O qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan öz ölkələrinin ərazi bütövlüyü ilə bağlı qərəzsiz mövqedədir. Bu da Gürcüstana belə bir diplomatik rola hazır olduğuna əsas verir.
Əliyev Ermənistandan da analoji öhdəlik gözlədiyini qeyd edib.
Tbilisi görüşü dialoqun Avropa formatını kənarda qoyacaqmı?
İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel), Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilmişdi.
Görüşdən sonra mediaya açıqlama verən Şarl Mişel liderləri sülh prosesinə sadiqliyinə görə təqdir etmişdi.
Amma İlham Əliyev oktyabrın 5-də Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakdan imtina etmişdi.
Rəsmi xəbərdə deyilirdi ki, Əliyev Şarl Mişellə telefon danışığında görüşə qatılmamasını Fransanın destruktiv mövqeyi ilə əlaqələndirib.
Əliyevin iştirakı olmadan keçirilən görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdığını vurğulayıb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel oktyabrın 7-də “X” (keçmiş “Twitter”) hesabında yazıb ki, İlham Əliyev telefon söhbətində ona bu ayın sonunda Brüsseldə görüşəcəklərini bildirib.
Əliyevin dialoq təklifi isə ortaya “Avropa formatı”nın kənarda qalıb-qalmaması, həmçinin danışıqların “Gürcüstan formatı”nın problemin həllində nə dərəcədə real ola bilməsi ilə bağlı yeni suallar çıxarıb.
Müsavat Partiyası Tbilisi formatını müsbət dəyərləndirir…
Müsavat Partiyasının başqanı Arif Hacılı Ermənistan və Azərbaycan rəhbərliyinin ikitərəfli görüşlərə üstünlük verməsini vacib sayır.
O, zamanında bu barədə təkliflər verdiklərini də vurğulayır:

“Biz ərazi və 3 respublikanın birgə fəaliyyəti baxımından görüşlərin Tbilisidə ya Gürcüstan rəhbərliyinin iştirakı, ya da ikitərəfli keçirilməsini məqsədəuyğun sayırdıq. İlham Əliyevin açıqlaması bu ideyanın reallaşmasına yol aça bilər, ona görə müsbət dəyərləndirirəm”.
Arif Hacılı deyir ki, Əliyevin təklifi Brüsselin eqidası altında üçtərəfli danışıqların davam etdirilməsi variantını kənarda qoymamalıdır:
“Nəticə etibarı ilə qərarı Azərbaycan və Ermənistan verir. Bu baxımdan müzakirələrə maneçilik yoxdursa, ikitərəfli aparılması daha məqsədəuyğundur. Bir çox hallarda Ermənistan rəhbərliyi təhlükəsizlik təminatı arzulayır. Ona görə Minsk Qrupu həmsədrləri olan Fransa və Rusiya ilə müqayisədə təminatçı tərəfin Avropa İttifaqı olması daha realdır”.
“Ümid Partiyası 2006-cı ildə belə bir proqramla çıxış edib”
Ümir Partiyasının sədri İqbal Ağazadə isə fərqli düşünür.
Onun fikrincə, Prezident İlham Əliyevin mesajı ondan ibarət idi ki, Ermənistanla Azərbaycan arasında münaqişə bitdiyinə görə üç Cənubi Qafqaz respublikası arasında ciddi problem yoxdur və sülh müqaviləsi imzalanmağa da hazırdır:
