Azərbaycan Ermənistana daha 1 hərbçinin cəsədini təhvil verib. qafqaz.ir Modern.az-a istinadən xəbər verir ki, hərbçinin Suqovuşan uğrunda döyüşlər zamanı öldüyü ehtimal edilir. Hərbçinin kimliyini müəyyən etmək üçün ekspertizanın keçirilməsi planlaşdırılır. Xatırladaq ki, bu günə qədər Qarabağda 1379 erməni hərbçinin cəsədi tapılıb.