Qafqaz.ir xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları İranda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Snayper həddi” müsabiqəsində iştirak edəcəklər.
Sözügedən müsabiqədə Azərbaycanla yanaşı Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabvedən olan komandalar da mübarizəyə qatılacaq.