
İlham Əliyev “Xaç atası” filmindəki Sonni Korleone ilə müqayisə olunan ailənin başçısıdır
Foreign Policy məcmuəsində Azərbaycan hakimiyyəti və eləcə də hakimiyyətdəkilərin, onların yaxınlarının biznes fəaliyyəti haqda böyük araşdırma dərc olunub.
http://www.foreignpolicy.com/articles/2014/06/10/the_corleones_of_the_caspian_azerbaijan_lobbying_baku_aliyev#trendin).
35 səhifədən ibarət olan bu araşdırmanın oxucularımızın marağına səbəb olacağını nəzərə alaraq diqqətinizə çatdırırıq.
Azərbaycan diktatoru Birləşmiş Ştatlar və Avropaya necə yarınır
“2012-ci il oktyabrın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Amerikadakı törəmə şirkəti Birləşmiş Ştatlarda fəaliyyətini genişləndirmək məqsədilə Vaşinqtonun mərkəzində beş mərtəbəli, 23232 kvadrat fut bina alıb”, “TheWashington Business Journal” yazıb. Azərbaycanda neft çoxdur və Birləşmiş Ştatları ən çox maraqlandıran da elə budur, ona görə ARDNŞ-in fəaliyyət dairəsi genişlənməlidir.
Ortaya qoyulan məbləği nəzərə alsaq, evin satış qiyməti çox az olub: 12 milyon dollar. Dəqiq ünvan 1319, 18-ci küçə NW-dir. Bu ünvan soyuq müharibə iştirakçılarına çox tanışdır: ABŞ-ın BMT-dəki sabiq səfiri, Ronald Reyqan administrasiyasının ən nüfuzlu məmurlarından biri Cin Kirkpatrikin keçmiş ofisi olub. Bu məkan 1992-ci ildə təsis edilmiş postsovet demokratikləşməsindən bəhs edən “Demokratizasiya” qəzetinin dərc olunması üçün istifadə edilib. Uzun müddət bu binanı Azərbaycanı “azad olmayan” ölkələr sırasına daxil edən, insan haqlarının monitorinqi ilə məşğul olan “Freedom House” kirayələyib.
“Sözüm yoxdur”, Kirkpatrik ünvanında yerləşəndə “Freedom House”-un icraçı direktoru olan, hazırda Corctaun Universitetində Diplomatik Xidmətlər Məktəbinin proqramlar və təbliğatlar üzrə dekan müavini kimi fəaliyyət göstərən Cenifer Uindsor deyib: “Dünyada azad olmayan ölkələrdən birinin hazırda azadlıq binasını tutmasını ironiyanın ən yüksək forması hesab edirəm”.
Bu ironiya ilə yanaşı həm də zəmanənin əlamətidir. Barak Obama administrasiyası demokratiyanın təbliği üçün lazım olan büdcəni azaldıb və kleptokratik avtoritar rejimlərlə mümkün olan bütün həyasız sövdələşmələrə zərbə endirdi. Real politik və izolyasionizm yenidən üstünlük qazanır. Libertotyan və ya Çay Dəstgahı ideologiyasına bağlı olan Konqresin gözündə insan haqları ən yaxşı halda milli mənafelərin pərdəarxası, ən pis halda isə Amerikanın XXI əsrdə barışa biləcəyi rahatsızlıqdır.
ARDNŞ-in ABŞ-dakı yeni dəbdəbəli ünvanı Amerika və Avropa siyasətində ən enerjili və böyük vəsaitlər xərcləyən xarici lobbilərdən birinin – Azərbaycan prezidenti İlham Əliyevin başçılıq etdiyi rejimin sakit uğurunu vurğulayır. İrlandiya ölçüsündə olan, ancaq Texasın neft ehtiyatlarından iki dəfə çox neft ehtiyatına malik bu Cənub Qafqaz ölkəsi son on ildə ABŞ Konqresi, Britaniya parlamenti və diktaturalara hamilikdən çox, təzyiqləri ilə məşhur olan Avropa Şurasının Parlament Assembleyasının hazırkı və keçmiş üzvləri içərisində dost qazana və insanlara təzyiq edə bildi. Qeyri-adi şəkildə Azərbaycanın paytaxtı Bakıya səfərlərə görə bütün xərclərin Azərbaycan hökuməti tərəfindən çəkilməsi Avropa düşüncə mərkəzi tərəfindən “kürü” diplomatiyasının bir forması kimi qiymətləndirilir. ABŞ-da lobbi konsultasiyası və PR şirkətlərinə ABŞ mediasındakı imicini yaxşılaşdırmaq üçün milyonlarla dollar xərclənir.
Ancaq bu daha həssas mövzudur: Əliyev rejimi əsaslı arqumentlərin het-trikinə yekun vurmaqla sakitcə transatlantik təşkilatlara girişib. Birincisi, dünyəvi müsəlman ölkələrindən yeganə dövlət Azərbaycandır ki, Birləşmiş Ştatlar və NATO-nun müttəfiqi kimi terrorla mübarizə aparır, enerjisinin üçdə birini Qafqaz ölkəsindən idxal edən İsraillə yaxşı ticarət və diplomatik əlaqələri var. Azərbaycanın infrastrukturu bu il NATO və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını asanlaşdırmağa yardım edəcək.
İkincisi, Azərbaycanın ÜDM-nın 2001-2011-ci illər ərzində 10 dəfə artmasına səbəb olan neft bumudur. Bu, Avropanın enerji istifadəsinin diversifikasiyası üçün mühüm balansdır, Ukrayna və Belarusiya ilə “qaz müharibəsi” aparan Rusiyanın monopoliya və qorxutma taktikasına son qoyacaq. Azərbaycanın 2011-ci ildə demək olar ki, bütün ixracını neft və neft məhsulları təşkil edib. Ötən ilin dekabrında BP şirkəti Xəzər dənizinin Azərbaycana məxsus hissəsində 28 milyard dollarlıq təbii qaz layihəsi olan “Şahdəniz 2” yatağı üçün atılan fundament Rusiyanın “Nord Stream” boru kəmərinə rəqib olan “Cənub qaz dəhlizi” üçün əhəmiyyətli rəqibə çevrildi.
Britaniyanın xarici işlər naziri Uilyam Heyq və AB-nin energetika üzrə komissarı Günter Ettinger tarixi müqavilənin imzalanması üçün Bakıda oldular. Müqavilə qaz nəql edən iki boru kəməri ilə bağlıdır: Türkiyədən keçən Trans Anadolu qaz kəməri, Yunanıstan və İtaliyadan keçən Transadriatik qaz kəməri.
Azərbaycan Avropa Birliyinə illik 500 milyard kub metrdən yalnız 2%-ni nəql etməsinə baxmayaraq, Avropa Rusiyadan asılılığını azaltmaq istəyir. Moskvanın dövlət qaz şirkəti “Qazprom” Avropa Komissiyası tərəfindən anti-monopoliya istintaqı altındadır. Rusiyanın Ukraynada işğal və destabilizasiya fəaliyyətinə görə Qərb və Kreml arasında davam edən soyuqluq yaxın gələcəkdə Azərbaycanı Brüssel üçün əhəmiyyətli edir.
Nəhayət, İranın nüvə təhlükəsinin artdığı və Rusiya prezidenti Vladimir Putinin “regionu yenidən sovetləşdirmək” (ABŞ dövlət katibi Hillari Klinton Rusiyanın Gömrük İttifaqını məhz belə xarakterizə edib) səylərinin çoxaldığı bir vaxtda, Asiya və Avropa arasında yerləşən Azərbaycan Qərbə strateji tərəfdaşdır. Birləşmiş Ştatlar postsovet məkanında bacardığı qədər çox (ələlxüsus enerji resurları olan) dost axtarışına çııxdıqca Bakının Vaşinqtonda təsiri yalnız artacaq.
Azərbaycan lobbisi passiv-aqressiv şəkildə qeyd edir ki, Qərb nə vaxtsa bu təşəbbüslərə naşükür və qabiliyyətsiz yanaşsa, Əliyev rejiminin Moskva və Tehran tərəfə yönəlmək imkanı var. Bu ölkələrin hər ikisi səbirsizliklə Azərbaycanın qapısını döyür. “Foreign Policy”-yə Azərbaycan üzrə veteran ekspert anonim şəkildə verdiyi müsahibədə bildirib ki, bu üç tərəfli siyasətə ani maraq göstərmək daxili siyasətin çirkin reallığıdır. Bu, müsbət şeyləri gözə soxmaq və mənfi şeyləri ört-bastır etmək, yaxud ələ salmaq ya da tamamilə bu haqda yalan danışmaqdır.
Lakin gündəlikdə duran şifrələnmiş başqa məsələ də var. “Əliyev lobbisinin əsas məqsədi bu ailəni hakimiyyətdən uzaqlaşdırmağın mümkün olmaması haqda evə mesaj göndərməkdir” – bunu müxalifət yönlü diaspor qrupu Amerika Azərbaycanlıları Demokratiya uğrunda (AZAD) təşkilatının sədri Elmar Şaxtaxtinski deyib. “Amerikalı konqressmen və ya keçmiş konqressmen Əliyevi qələbə münasibəti ilə təbrik edirsə, bu, Qərbdə rejim üçün vəziyyəti yaxşılaşdırmır, lakin bununla öz əhalisinə güclü siqnal göndərir ki, hətta Qərb də onların arxasındadır, Azərbaycan hüdudlarından kənardakı dünya çox da fərqli deyil”. Bu siqnalların Azərbaycandakı təzyiqə məruz qalmış dissidentləri və ya vətəndaş cəmiyyətlərini ruhdan saldığını görmək mümkündür.
İlham Əliyev “Xaç atası” filmindəki Sonni Korleone ilə müqayisə olunan ailənin başçısıdır
İlham Əliyev ilk olaraq 2003-cü ildə, 1969-cu ildən bəri Azərbaycanı idarə edən Sovet erası Moskvasının satrapı, Sovet və post-sovet diktatoru Heydər Əliyevdən sonra hakimiyyəti ələ keçirdi. Onun oğlu hazırda dünyadakı davamlı sülalə diktaturalarından birinin, Wikileaks, eləcə də Birləşmiş Ştatlar Səfirliyi tərəfindən orta əsrlər feodal quruluşu və ya “Xaç atası” filmindəki Sonni Korleone ilə müqayisə olunan ailənin başçısıdır.
Daha öncə açıqlanmış hesabatlara əsasən, burada həmçinin kəskin korrupsiya tüğyan edir. Prezidentin illik rəsmi maaşının 228,000$ təşkil etməsinə baxmayaraq, onun övladları belə, milyonlarla dollar şəxsi əmlaka sahibdirlər. “The Washington Post” qəzeti 2010-cu ildə dərc etdiyi məqalədə yazırdı ki, Heydər Əliyevin (İlham Əliyevin atasının şərəfinə adlandırdığı oğludur – red.) cəmi 11 yaşı olarkən, onun üçün Dubayın Cümeyra səmtində yerləşən Palma arxipelaqında 44 milyon dollara dəbdəbəli villa alınıb.
Heydərin iki bacısı, Leyla və Arzu 20 yaşlarından etibarən Birləşmiş Ərəb Əmirliklərinin ən əzəmətli hissəsində şəxsi torpaq sahələrinə malikdir və hər üç övlad birlikdə 75 milyon dollarlıq əmlak sahibidirlər. Bundan əlavə, bir neçə ay öncə öyrəndim ki, övlad Heydər Əliyev “Vneştorqbank” (Bank VTB – red.) Bakı filialının səhmlərinin 48.99%-nə qanuni olaraq sahiblik edir. Sözü gedən bank Rusiyanın dövlətə məxsus ən iri banklarından biri olmaqla, 712 milyon $ fransız və alman kapitalı ilə formalaşan bir maliyyə təşkilatıdır (VTB vaxtilə Rusiya müxalifətinin lideri Aleksey Navalnı və onun rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu tərəfindən tədqiqat predmeti olub).
Əliyevlər ailəsindən olan üç şəxs həmçinin ölkənin gəlirli telekommunikasiya şirkəti olan “Azerfon” mobil operatorunun və ona aid ticarət nişanı olan, təkcə Azərbaycanda yetişən nar meyvəsinin deyil, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bacısı Nərgizin adının ilk üç hərfini özündə birləşdirən “Nar” ticarət nişanının da sahibləridir.
Və ölkədə milli müzakirələrin hədə-qorxu, senzura və hüquqi cəhətdən təqiblərə məruz qaldığı bir zamanda, Azərbaycanın üzərinə düşən əsas vəzifə beynəlxalq aləmdəki imicini və nüfuzunu bərpa etməkdir. Və Xaç atasının xatirələrini özündə yaşadan bir ölkə üçün bu, əsas etibarilə ailə biznesidir.
İlham Əliyev 2013-cü ilin yanvar ayına olan göstəricilərə görə, həbs olunan “hər 100 nəfərdən” 65-nin siyasi məhbus olduğu ölkədə “qorxu ab-havası” yaradıb.
İlham Əliyev 2013-cü ilin yanvar ayına olan göstəricilərə görə, həbs olunan “hər 100 nəfərdən” 65-nin siyasi məhbus olduğu ölkədə “qorxu ab-havası” yaradıb. Demokratiyaya Yardım Təşkilatı tərəfindən maliyyələşdirilən və (hazırda Azərbaycan hökuməti tərəfindən cinayət təqibinə məruz qalan) Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu siyasi məhbusların ümumi sayının 130 olduğunu açıqlayıb. İnsanlara qarşı sərt tədbirlərin görülməsi nəticələrinin səsvermənin başlanmasından bir gün öncə elan edildiyi 2013-cü ilin oktyabr ayına, ölkədə keçirilən prezident seçkilərinə təsadüf etdi. Seçkilərdən dərhal sonra Azərbaycanda hakimiyyətdə olan rejim kütləvi informasiya vasitələrində seçkilərə etirazını bildirən hər kəsə qarşı yönəlmiş təzyiqləri “amansız və görülməmiş təqib” adlandırdığına görə Amnesty International təşkilatının Avropa və Məkəzi Asiya üzrə proqram direktoruna təsir göstərməyə başladı. İstənilən halda, İ.Əliyev öz repressiv üsullarına geri döndü. “Adətən, prezident İlham Əliyev bəzən siyasi məhbuslara aid edilən əfv fərmanlarını Yeni il və ya Novruz bayramları ərəfəsində imzalayır. Lakin, bu il İ.Əliyev yuxarıda göstərilən hallardan heç birində əfv fərmanı imzalamayıb” – Bu barədə Rebekka Vinsent bildirib. Bunun əvəzində o, daha çox insanı həbsxanalara göndərib.
Onlardan biri də Bakıda yerləşən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlidir. Sözü gedən mərkəz Demokratiyaya Yardım Təşkilatı və Milli Demokratiya İnstitutu tərəfindən maliyyələşdirilir. Qurum oktyabr ayındakı seçkilər zamanı monitorinq apardığı 769 seçki məntəqəsindən 91%-də “ciddi qanun pozuntuları” aşkar edib.
Dekabr ayının ortalarında həbs olunan Anar Məmmədli təkcə qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olmaqda deyil, eyni zamanda seçkilərin nəticələrini təkbaşına saxtalaşdırmağa cəhddə və R.Vinsentin “absurd” xarakterli bəyanatlarını dəstəkləməkdə də ittiham olunur.
2014-cü ilin mart ayında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakıda yerləşən qərargahında partlayış baş verdi. Hadisə yerinə gələn yanğınsöndürənlər partlayışın səbəbi kimi binanın zirzəmisində yerləşən gözəllik salonunda olan qaz balonunu göstərirdi. Bununla belə, sözü gedən obyektin sahibi ona məxsus olan salonda hər hansı bir qaz balonunun olmadığını bildirib. Həmin vaxt binanın Türkiyədə olan sahibi dövlət tərəfindən ona və ailə üzvlərinə qarşı silsilə təhdidlərin olduğunu bəyan edirdi və o, hətta ona edilən təhdid dolu zəngin audioyazısını internetdə yerləşdirmişdi.
Azərbaycan Xalq Cəbhəsi partiyası onlara aid qərargahın partladılmasında İ.Əliyev rejimini ittiham edir və həmin hadisə ilə eyni vaxtda bir neçə partiya fəalının “polisin əmrinə tabe olmamaq” ittihamı ilə həbs edildiyini bəyan edirdi. Onların arasında 48 saat ərzində Binəqədi rayon Polis İdarəsində qida və su ilə təmin edilmədən saxlanılan Tofiq Dadaşov da vardı. Sonradan “Amnesty International” təşkilatının rəsmi internet səhifəsində yerləşdirdiyi bəyanatda bildirilirdi ki, “Azərbaycan hökuməti müxalifətin qarşısını almaq üçün hər vasitədən istifadə edir”.
O ki qaldı rəqib olan və azad kütləvi informasiya vasitələrinə, onların özləri də böhran vəziyyətindədir. Özlərinə qarşı yönəlmiş mülki iddialardan, dövlət nəşriyyatının qəzetə yönəlmiş borc tələbindən sonra ən qocaman müxalifət qəzeti olan “Azadlıq” artıq müflis olmaq həddinə çatıb.
Amerika lobbiçiliyinə xərclənən pullar
Xarici agentlərin qeydiyyatı (FARA) haqqındakı 1938-ci il qanunu Birləşmiş Ştatlarda fəaliyyət göstərən hər bir şirkətin xarici dövlətlərdən aldığı vəsaitin hesabatını verməyə məcbur edir. FARA-nın Azərbaycanla bağlı registrasiyadan keçmiş sənədlərini diqqətlə oxuyan Ədliyyə Departamenti, hüquq və konsaltinq şirkətləri və nüfuzlu lobbi şirkətlərinin hamısının Əliyevdən maaş aldığını aşkar edib.
“Azərbaycan lobbisinin əldə etdiyi uğur həqiqətən də qoyulan vəsaitin miqdarına görədir, Amerika Azərbaycanlıları Demokratiya uğrunda (AZAD) təşkilatının sədri Elmar Şaxtaxtinski bildirib. “Və o böyük pullar ayırır”.
Belə də edir. Kolumbiya dairəsində yerləşən, Obama administrasiyasının hazırkı xüsusi müşaviri Con Podestanın qardaşı Toni Podesta tərəfindən təsis edilən lobbi və ictimai əlaqələr üzrə alət “Podesta Group” bir neçə il Azərbaycan Səfirliyinin registrasiyadan keçmiş agenti olub.
2014-cü il yanvarın 1-də qrup yeni saziş imzalayıb. Sazişə əsasən o ayda səfirlikdən “ABŞ hökuməti və institutları ilə Azərbaycanın əlaqələrini möhkəmlətmək üçün” əlavə xərclər də daxil olmaqla 50 min dollar alacaq. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və “Podesta Group”-un prezidenti Entoni Podesta tərəfindən imzalanan müqaviləyə aprelin 15-i 2014-cü ildə dəyişikliklər olunub və və ən azı iyul ayınadək davam etməlidir.
“Foreign Policy” “Podesta Group” ilə əlaqə saxlayıb. Məqsəd səfirliklə bağlanmış müqavilə ilə bağlı qrupun münasibətini öyrənmək idi. Biz FARA –nın registrasiyadan keçmiş sənədlərinə istinad edirdik. Biz həmçinin “Human Rights Watch”, “Amnesty International” və digər beynəlxalq müşahidəçilər tərəfindən insan haqları ilə bağlı vəziyyətin yaxşılaşmaq əvəzinə, daha da pisləşdiyi xarici hökumət tərəfindən lobbiçilik fəaliyyətində şirkətin şübhələrinin olub-olmamasını da soruşduq. Bizə xəbər verdilər ki, “Azərbaycan şöbəsindən” sualımıza cavab verən olacaq. Lakin heç kim bizimlə əlaqə saxlamadı.
Vaşinqton, Brüssel və Hyustanda ofisləri olan beynəlxalq əlaqələr üzrə digər şirkət “DCI Group” MMC də Azərbaycanın ABŞ-dakı səfirliyi üçün işləyir. Ən azı 2013-cü il fevralın 22-nə kimi işləyib. Bu tarixdə naməlum səbəblərə görə müqaviləyə xitam verilib. Qrupun səfirlik üçün işi KİV-də ölkədə peykin buraxılması, qaz bumu, ikitərəfli əlaqələr və ARDNŞ-in genişlənməsinin təbliğatından ibarətdir.
“DCI Group” “Azərbaycan iqtisadiyyatının inkişafı, ABŞ iqtisadiyyatına və ABŞ-ın terrorizmlə mübarizəsinə dəstək üçün investisiya” ilə bağlı 2012-ci il oktyabrın 22-də səfirliyin binasında şam yeməyi təşkil edib. Qonaqların arasında BMT-də ABŞ səfriliyinin keçmiş deputatı Ken Adelman (Cin Kirkpatrikin başçılığı altında xidmət göstərən) ; Corc Buş İnstitutunun təsisçisi və icraçı direktoru Ceyms Qlasman; mətbuat üzrə məsləhətçi, “Fox News”-un sahibi Hovard Kurtzun həyat yoldaşı Şeri Annis; “Stratfor” özəl şirkətin icraçı direktoru Corc Fridman olub.
“Foreign Policy” “DCI Group”-un mətbuat katibi Qreq Stivens ilə telefon əlaqəsi saxladı. Səfirliklə müqaviləyə xitam verilməsinə səbəb “şərtlərin başa çatması olub. Səfirliklə yaxşı əlaqələrimiz var və təbii ki səfirliyi dəstəkləyirik”. “DCI Group”-un Azərbaycandakı insan haqları ilə bağlı pis vəziyyət və journalist, siyasi azadlıqların hazırkı aşınmasından dolayı narahat olub-olmadıqlarını soruşduqda Stivens cavab verib: “Biz belə işlərə qarışmırıq”.
Vaşinqton və Nyu-Yorkda fəaliyyət göstərən “Roberti+White” “ictimai əlaqələr üzrə ikipartiyalı federal dövlət” şirkəti ARDNŞ-dən 6 ay ərzində ayda 20 min 834 dollar maaş alıb. Qarşılığında ARDNŞ-in “ABŞ hökuməti və institutlarında əlaqələrini möhkəmlətmək üçün strateji məsləhət verib”. 2013-cü il iyulun ortasında imzalanan konsaltinq sazişinə əsasən, şirkət ARDNŞ-in veb-saytını, “Twitter” və “Facebook”-da hesabını açmalı və Vaşinqtonda təlim proqramları yaratmalı idi. Müqavilənin vaxtı 2013-cü il dekabrda bitib. “Foreign Policy” “Roberti+White” ilə əlaqə saxlayıb, lakin şirkətin mətbuata məlumat vermədiyi bildirilib.
Lobbi şirkətləri ABŞ siyasətçilərini Azərbaycana aparır. 2013-cü il may ayında Oklahoma konqresmeni Cim Braydstayn TCAE (“Turquoise Council of Americans and Eurasians”) himayəsi altında Tulsadan Bakıya səfər edib. TCAE-nin Fətulla Gülenlə yaxın əlaqələri var. Braydstayn TCAE-ni belə təqdim edib: “ABŞ və Azərbaycan arasında yaxın əməkdaşlıq və uzunmüddətli tərəfdaşlığın əldə olunmasına çalışır”.
TCAE öz veb-səhifələrində iddia edir ki, “türk dünyasına körpü qurmaq fikrindədir” və diqqətlərini Türkiyə, Azərbaycan, Mərkəzi Asiyanın bütün postsovet ölkələrinə yönəldiblər. Lakin bu həm də Pensilvaniyada yaşayan Türkiyənin baş naziri Recep Tayyip Ərdoğanla ixtilafda olan Gülenin başçılığı altında ABŞ-da açılan bir sıra məktəblərlə də əlaqələlidir.
Azərbaycan üçün lobbiçilik edən qrupların arasında ən fəalı Azərbaycan Amerika Alyansıdır (AAA). Hazırda qrupun rəhbəri İndianadan olan keçmiş respublikaçı konqresmen və “Avropa, Asiya və meydana çıxan təhlükələr” komitəsinin keçmiş sədri Den Bertondur. Berton 2013-cü il fevralın 13-də bildirmişdi: “Ölkələrimiz arasında dostluq çox əhəmiyyətlidir və bu dostluğu möhkəmlətmək üçün əlimdən gələni edəcəm”.
Alyans “Azərbaycan və ABŞ-ın hökumətləri, rəsmiləri və insanları arasında əlaqələrin yaradılması, anlayış, hörmət, dostluq, əməkdaşlıq və birgə dəstək sahəsində fəaliyyət” göstərdiyini deyir. Və şübhəsiz bu əlaqələrin külli miqdarda yardıma ehtiyacı var.
FARA həmçinin aşkar edib ki, AAA “Fabiani&Company” şirkətinə “Azərbaycan xalqı, Azərbaycanın mədəniyyəti və beynəlxalq əlaqələrinin təbliği strategiyası və planlaşdırma” işi üçün 2,4 milyon dollar ödəyib. ”Fabiani&Company” Vaşinqtonda yerləşir “dövlət əlaqələri və strateji konsaltinq” şirkətidir. “Təxsisatlar üzrə komitə” evinin keçmiş direktoru Ceyms Fabiani tərəfindən təsis edilib. 2013-cü il oktyabr ayında Vaşinqtonda AAA-nın ikinci illik qala gecəsinə ev sahibliyi edib. Tədbirdə Kapitol Hill, Diplomatik Korpus, beyin mərkəzləri, akademik və biznes təşkilatlardan 600-ə yaxın qonaq dəvət edilmişdi. Altı ay əvvəl, 2013-cü il mayın 31-də AAA tərəfindən “Fabiani&Company” şirkətinə 800 min dollar və “Washington Post” və “Express” qəzetlərində reklam üçün 664 min dollar alıb.
Belə bir fakt var ki, AAA və “Fabiani&Company” şirkəti eyni ünvanda – Pensilvania Ave. 1101 – yerləşir. “Foreign Policy” AAA və “Fabiani&Company” şirkətindən vəziyyətlə bağlı münasibət almaq istəsə, cəhdləri nəticəsiz qalıb.
İnsan haqlarının faciəvi durumu
Həqiqətən də lobbinin “sadə dildə desək” Azərbaycanı Amerikanın dəyərlərini bölüşən demokratik ölkə kimi təqdim etmək istiqamətindəki səylərinin əksinə olaraq, insan hüquqlarının qorunması məsələsində vəziyyət çox acınacaqlıdır ki, bu məsələdə də – İlham Əliyevin bəyanatlarına əks olaraq – Amerika hökuməti heç bir illüziya ilə özünə təskinlik vermək niyətində deyil.
Hələ 2010-cu ildə ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klinton Azərbaycanın “demokratiyanın inkişafı yolunda böyük uğurlara” nail olduğunu əminliklə bəyan edirdi. Ancaq, mənzərə tam fərqli idi. Bu il, mayın 16-da ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Azadlıq Radiosunun Azərbaycan bölməsinə verdiyi müsahibəsində bildirirdi: “Mən düşünürəm ki, biz demokratiya məsələsində bir-birimizin fikirlərinə zidd mülahizələr irəli sürülən bir vəziyyətdəyik. Bu, ümumi prosesə mənfi təsir göstərir”.
Hələ 2013-cü ildə ölkədə insan haqlarının qorunması üzrə açıqlanan hesabatda deyilirdi, “Ölkədə söz və fikirlərin müstəqil ifadəsi, sərbəst toplaşma azadlığının pozulması, o cümlədən jurnalistlər və hüquq müdafiəçilərinin, demokratiya fəallarının həbs olunması və onlara qarşı güc tətbiq edilməsi ilə bağlı faktla mövcuddur. Həmçinin, ədalət mühakiməsinin təmin edilməsi, qanunsuz kütləvi həbslərin həyata keçirilməsi, siyasi baxışlarına görə insanların həbsxanalara qapadılması, bilavasitə bu şəxslərin özünə və ailə üzvlərinə qarşı törədilən cinayətlər cəzasız qaldığı halda, dövlət məmurları üçün real təhlükə hesab edilən insanların məhkəmələrin fəaliyyətinə dövlət tərəfindən müdaxilə edilməsi, məhkəmə prosesinədək insanların uzun müddət təcridxanalarda saxlanılması halları da narahatlıq doğurur”.
Bununla bağlı bir neçə nümunəyə nəzər yetirmək vacibdir. 2013-cü ildə polis İsmayıllıda dinc xarakterli etiraz aksiyası keçirən rayon sakinlərinə qarşı amansız davrandı. Bununla yanaşı, aksiyaların keçirildiyi gün həmin rayonda ümumiyyətlə olmayan, aksiya ilə hər hansı bir əlaqəsinin mövcudluğu istisna edilən iki nəfər: Müsavat partiyasının başqan müavini və Yeni Müsavat qəzetinin əməkdaşı Tofiq Yaqublu və 2013-cü ilin prezident seçkiləri zamanı toplanan imzalardan çoxunun saxta olması əsas gətirilərək seçkilərdə iştirakına icazə verilməyən REAL hərəkatının lideri İlqar Məmmədov həbs olundu. Bundan sonra İlqar Məmmədov İlham Əliyevi istefa verməli olan qeyri-qanuni prezident adlandırdı. 2014-cü ilin mart ayında İ.Məmmədov yeddi il, Tofiq Yaqublu isə beş il müddətinə azadlıqdan məhrum edildi.
Mayın 22-də Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun “ittiham olunduğu cinayətdə iştirakını isbatlayacaq hər hansı dəlil və sübut olmadan həbs oldunduğunu, “bu həbsin faktiki olaraq hökumətə yönəlik tənqidlərinə görə onu cəzalandırmaq və susdurmaq xarakteri daşıdığını bəyan etdi.
2013-cü ilin mart və aprel aylarında Bakıda keçirilən etiraz aksiyaları zamanı polis aksiyaçılara qarşı dəyənək və rezin güllələrdən istifadə etdi. Həmin vaxt NİDA Vətəndaş Hərəkatının yeddi üzvləri həbs edildi, onlar narkotik vasitə və partlayıcı maddələrin saxlanması və daşınmasına itiham edildi, bundan sonra onlara qarşı kütləvi iğtişaşların təşkili və törədilməsində də təqsirli bilindilər. 2014-cü ilin mayında yeddisi “NİDA” Vətəndaş Hərəkatının üzvü olmaqla, səkkiz azərbaycanlı fəal altı ildən səkkiz ilədək olmaqla, uzun müddətli həbs cəzalarına məhkum edildi.
Azərbaycan prezidenti özünü öymək və rəhbərlik etdiyi rejimi xarici tənqidlərdən qorumaq üçün açıq şəkildə Avropa Şurasından bir vasitə kimi istifadə edir. Azərbaycandan adının çəkilməsini istəməyən bir mənbə ESI Agentliyinə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının işini öz məqsədləri naminə istiqamətləndirmək üçün qurumun üzvlərinə rüşvət verdiyini açıqlayıb. Təklif təəccübləndirəcək dərəcədə aşkar şəkildə edilib. Mənbə həmçinin bir xatırlatma da edir, “Bir kiloqram qara kürünün qiyməti 1300-1400 avro arasında dəyişir. Bizim AŞPA-dakı dostlarımıza hər sessiya zamanı, yəni il ərzində 4 dəfə orta hesabla – 0.4 və 0.6 kq qara kürü “hədiyyə edilir”.
İndi, Azərbaycanın qurumun Nazirlər Komitəsinə rəhbərlik etdiyi bir zamanda həzin razısalma sənəti və dostların qara kürü və nərə balığı ilə ələ alınması prosesi daha çılpaq və iyrənc bir şəkil almaqdadır.
Vaşinqtonun məmnunluq əlamətləri
Kənardan nəzər yetirdikdə, Azərbaycan vacib və barəsində mətbuat səhifələrində bəhs edilməsinə dəyməyən bir ölkə təsiri bağışlaya bilər. Son nəticədə, Yaxın Şərq təbii ehtiyatları mənimsəyən, Böyük neft ölkəsi ilə iş münasibətlərini dəstəkləməyə hazır olan və ya ölkə hüdudlarından kənardakı hərbi əməliyyatlara kömək əlini uzadan avtoritar rejimlərlə zəngindir. Lakin, Qərbin dəstəklədiyi Azərbaycanın təhlükəsiz və stabil müsəlman ölkəsi kimi son beş il ərzində sərgilədiyi mənzərə bütün ideoloji təxəyyülə malik nüfuzlu siyasətçilər üçün kifayət qədər cəlbedicidir.
Azərbaycanı dəstəkləmək üçün seçilmiş vaxt çox da uğurlu bir zaman deyildi. Rusiyanın Krıma daxil olması amerikan-rus “yenidən başlamaq” taktikasını puç etdi və həmçinin Vaşinqtonu rus siyasiləri və oliqarxlarına qarşı sanksiyalar tətbiq etməyə vadar etdi. İranla münasibətlərin bərpa ediləcəyi və ya yenidən yaradılacağı gün çox da uzaqda deyil. Birləşmiş Ştatlardakı lobbinin bu yöndə atdığı addımlar tək siyasətçi və parlamentarilərin qeyri-səmimi ritorikasına deyil, həm də Anti-Əliyev diasporu və vətəndaş cəmiyyəti nümayədələrinin manevrlərinə söykənir. London, Brüssel və Berlinin etdiyi güzəştlər də eyni anlam daşıyır. Amma əgər, Vaşinqtonda danışıqlar aparılmalı olan yeganə azərbycanlılar səfirlik əməkdaşlarıdırsa, o zaman İnsan Hüquqları üzrə təşkilatın yeni ünvanının Azərbaycan Dövlət Neft Şirkəti olması heç kimi təəccübləndirməməlidirmi?
Amerikanın beynəlxalq siyasətində narahatlıq keçirdiyi yeganə məsələ digər ölkələrdə hüquq və azadlıqların məhdudlaşdırılması, azad fikirli dissident və jurnalistlərin təqiblərə məruz qalmasıdır ki, bu da ölkənin “milli maraqlarına” təsir göstərir. Bunun nəticəsində Cənubi Qafqaz ölkəsi həm Birləşmiş Ştatlar, həm də Avropa Birliyi üçün əhəmiyyətli bir dövlətə çevrilir. Bu məsələyə önəm verilməsi sözü gedən ölkədə yuxarıda göstərilən məsələlərin diqqət mərkəzində saxlanılmasını vacib edir. Əliyev rejiminin davamçıları mahiyyət etibrilə “Londondan Brüsselə və hətta, Berlinədək ölkənin xarici siyasətinə nəzarəti öz əllərində salxayır” – Bu fikirlər Olever Balloya məxsusdur.
Öz növbəsində Obama Administrasiyası bu problemləri sadəcə olaraq prioritet bir məsələyə çevirmək istəmir. Key-Strit məhz bu məsələləri nəzarətində saxlamaq üçün mövcuddur, lakin post-sovet dövlətləri öz milli maraqlarını təmin etmək, onları təbii ehtiyatlarla daha yaxşı təmin etmək məqsədilə, özlərinin Birləşmiş Ştatların yüksək pillələrindəki dostlarını gülümsəyərək ələ almağı çox yaxşı bacarır. “Xaç atası” filmindəki Maykl Key belə bir fikir səsləndirir, “Karleone ailəsi tamamilə qanuni elan edilməlidir”. Əsas etibarilə və hiyləgər təbliğat hesabına Xəzər sahilinin Karleoneləri Qərbi onların burada hər şeyə az bir zamanda nail olduqlarına inandırmağa nail olub. Daha faciəvisi isə budur ki, burada heç kim onları lənətləmir./cumhuriyyet/