Xəbərlər

Azərbaycan hökuməti tərəfindən məşhur jurnalist Natiq Ədilova xəbərdarlıq…!!!

Azərbaycan Respublikası hökumətindən xəbərdarlıq alan məşhur jurnalişt, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov xəbərdarlığı əsassız saydığına görə xəbərdarlıq mətnini imzalamayıb.

Azərbaycan medayalarina istinadən, Natiq Ədilov xəbərdarlığın qanunsuz olduğunu vurğulayaraq xəbərdarlıq mətninin altında yazıb : “ Bakı Şəhər Prokurorluğunun tərtib etdiyi xəbərdarlığı aldım. Göstərilənlərin mənim barəmdə etik və əxlağa sığmayan kimi qiymətləndirirəm, obyektiv və düzgün hesab etmirəm. Buna görə xəbərdarlığı imzalamıram.”
Qeyd edək ki, Natiq Ədilov dekabrın 3-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. İdarədə Bakının polis rəisi Rafiq Abbasov və paytaxt prokuroru Əziz Seyidov Natiq Ədliova mətbuatda və sosial şəbəkələrdəki çıxışlarına görə xəbərdarlıq ediblər.

993796_650143005038083_522091340_n 1456522_650143155038068_1753015383_n

Xəbərdarlıq mətnində iddia edilir ki, Natiq Ədilov mətbuatda və sosial şəbəkələrdə “ölkənin dinamik inkişafına, həyat səviyyəsinin yaxşılaşmasına, iqtisadi qüdrətinin güclənməsinə xidmət edən islahatların mahiyyətini və əsl gerçəkliklərini əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər səsləndirib və görüntülər yerləşdirib”. Xəbərdarlıqda, journalist belə ittiham olunub ki onun məqsədi “iqtisadi sahədə həyata keçirilən tədbirlərin üzərinə kölgə salmaq və ictimai rəyi çaşdırmaq” olub.
Xəbərdarlıqda bildirilib ki, Natiq Ədilov gələcəkdə “bu xarakterli əməllərini” davam etdirsə, onun barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.
Son illərdə Azərbaycan Respublikasında bir çox jurnalist peşə fəaliyyətlərinə görə təqib və həbs olunublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button