Rusiyada cari ilin aprelində qətl törədən Azərbaycan vətəndaşı 9 il 6 ay azadlıqdan məhrum edilib.
qafqaz.ir Oxu.Az-ın saytına istinadən verdiyi məlumata görə, hadisə Orsk şəhərinin Çerniqovsk küçəsində baş verib.
Məlum olub ki, Azərbaycan vətəndaşı 30 min rubla tapança alıb və qadın qohumunu təhqir edən şəxsə 4 dəfə atəş açmaqla qətlə yetirib. Azərbaycanlı günahını etiraf edib və bu yolla qohumunun namusunu qorumaq istədiyini bildirib.