AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan, İran və Türkiyə arasında sənəd imzalanıb

3 ölkə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.

İslamazeri.com-a daxil olan məlumata görə, ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu İqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi, Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç imzalayıblar.

Memorandum idmançıların peşəkarlığının artırılmasını, təcrübə mübadiləsi üçün qarşılıqlı klub-liqa yarışlarında iştirakını, birgə təlim-məşq toplanışlarını və turnirlərin təşkilini, ev sahibi olduğu turnirlərdə digər tərəfin idmançılarının dəvət olunmasını nəzərdə tutur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button