İran karvanının ilk idmançısı- Nazənin Molayi Tokio olimpiya oyunlarının ilk günündə avarçəkmə yarışlarında özünü sınayıb.
Qafqaz.ir -nin məlumatına əsasən, İranın avaçəkmə komandasının üzvü birnəfərlik akademik avarçəkmə üzrə qrup mərhələsində iştirak edərək, öz qrupunda üçüncü olub və yarışların dörddə bir final mərhələsinə vəsiqə qazanıb.
Belarus, ABŞ, Paraqvay, Sudan və Nigeriyadan olan beş avarçəkənlə mübarizə aparan Nazənin Molayi sonda yeddi dəqiqə 59 saniyə göstərici ilə üçüncü olub.
Amerika, Belarus və İran qayıqları müvafiq olaraq, birincidən üçüncüyədək olan yerləri tutaraq, yarışların dörddə bir final mərhələsinə vəsiqə qazanıblar.
Molayi iyulun 26-da keçiriləcək dörddə bir final mərhələsində digər rəqibləri ilə mübarizə aparmalıdır.
Molayinin rəqabətinə tamaşa etmək üçün İranın idman və gənclər naziri Məsud Soltani və İranın Avarçəkmə Federasiyasının sədri Əlirza Sohrabiyan yarışların keçirildiyi məkanda iştirak ediblər.