Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi həbs olunub.
Qafqaz.ir Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası rəsmiləri Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin həbs olunduğunu bildiriblər.
Bundan öncə öz vəzifəsindən kənarlaşdırılan Quliyev Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının rəhbəri olaraq fəaliyyət göstərirdi.
Hələlik Quliyevin həbs olunma səbəbi bəlli deyil. Lakin onun sabiq müavini İlqar Əliyev 20 dekabrda Bakıda təcridxanada intihar edib.