Azərbaycan İslam Cümhuriyyəti adlı Facebook səhifəsindən götürülmüş yazı :

AZƏRBAYCANDA AŞURA MATƏMİ
Hər il olduğu kimi bu ildə Aşura matəmi Azərbaycanda əhali tərəfindən yad edildi. Keçən illərə nisbətən bu il Aşura mərasimlərinə daha çox insan gələrək İmamı yad etdi. Bu il ki, Aşura mərasimləri bir daha sübut etdi ki, Azərbaycanın real qüvvəsi İslamçılardır və millətin tələbatı İslamadır.
Gəlin Azərbaycanda Aşuraya düşmən olan və Aşuranın İnqilabçı ruhunu öldürməyə çalışan zümrələrə nəzər salaq…
Hər il olduğu kimi bu il də, Azərbaycanın sionist hakimiyyəti Aşuranın mahiyyətini kiçiltmək üçün əlindən gələni etdi. Əlbəttə ki, bacarmadı amma yenə də, nəsə etməyə çalışdı. Nə etdi? Hakimiyyətin ən böyük təbliğat maşını tv-dir. Tv-lər səhərdən-axşamacan özlərinə yaraşan alçaqca verilişlər, şoular verərək özlərini elə apardılar ki, guya Azərbaycanda Aşura deyə bir matəm yox imiş, guya yüz minlərlə Əhli-Beyt aşiqləri İmamı yad etməyib. Azərbaycan tv-ləri içərisində Aşura əleyhinə ən alçaqca kampaniyanı aparan Space kanalı oldu. Vaqif Mustafayevin rəhbərlik etdiyi Space alçaqlıq edərək Şiələri təhqir etdi və utanmadan gəlin bu gün bayram edək dedi. Nurçu missionerlərinin açdığı Xəzər tv isə, Türkiyədə ki, havadarlarından örnək alaraq Aşuranı bayram əhval-ruhiyyəsində keçirtdi. Hakimiyyət yönlü bir sayt isə bir tərəfindən yalan xəbər çıxardaraq çaşqınlıq yaradmaq istədi. Guya iki az yaşlı uşaq Aşura mərasiminə görə yol qəzasına düşüb. Sonradan məlum oldu ki, ölənlər az yaşlı deyilmiş, hadisə isə tamam başqa bir yerdə baş verib. Hakimiyyətin bir başqa təbliğat maşınıda Polislərdir. Hər il olduğu kimi bu il də, Polislər əzadarlara mane olmağa çalışdı amma bacarmadı. Hakimiyyətin digər təbliğat maşınlarından biri də Paşazadədir. Bizim bu Şeyximiz bu il də, efirlərə çıxıb şou yaradaraq artistlik etdi.
90% Şiə olan bir ölkənin Prezidenti millətə başsağlığı verməyərək kilsə ziyarətinə getdi. Bu o, deməkdir ki, hakimiyyət Qərbin olduğunu bir daha sübut etdi.
Aşuranın mahiyyətini aşağı salmağa çalışan zümrələrdən biri də, Qərbdən maliyyələşən Rəsulzadəçi-Elçibəyçi Pantürkistlərdir. Bunlar İnternet saytlarında əzadarlara olmazın böhtanlar atdılar. Guya əzadarlar İran agentiymiş, guya əzadarlar 1400-il bundan qabaq ölən bir Ərəbə ağlayırmış, falan-filan. Guya möminlər İrana agentlik edirlər.
Aşuranın mahiyyətini aşağı salmağa çalışan zümrələrdən biri də, missionerlərdir, yəni vəhabilərlə, nurçular. Bu missionerlər də artıq 20 ildir ki, Aşuranı unutdurmaq üçün əllərindən gələni edirlər.
Azərbaycanda bu zümrələr nə qədər çalışdılarsada heç nə bacarmadılar. Yenə də, yüz minlərlə Əhli-Beyt tərəfdarı bir daha sübut olundu ki, Azərbaycanda İslam İnqilabı Yaxındır İnşallah!