İran İslam Respublikasının və ümumən İslam dünyasının böyük və əzəmətli din xadimi və zəngin biliyə malik alim Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin rehləti münasibətilə Rəhbər-müəzzəm Seyyid Əli Xamnei Cənablarına, İran xalqına və bütün İslam tərəfdarlarına, dəyərli alimin ailəsinə, əzizlərinə dərin hüznlə başsağlığı veririk.
Misbah Yəzdi şərəfli bir həyat yolu keçmişdir. Bütün taleyini elm yolunda İslama, onun təbliği, tarixi və tədqiqinə, sosial-siyasi həyatda inqilabın qələbəsi, nəticələrinin qorunması, İslam tədrisi sahəsində cilid-cildi tədris və təlim vəsaitlərinin yazılması və hazırlanmasına, böyük İslam şəxsiyyətlərinin cəmiyyətə obyektiv təqdimatına, minlərlə din aliminin yetişməsi və pərvəriş tapmasına həsr edən bu böyük şəxsiyyətin ölümünü İslam aləminə böyük itki hesab edir, Allah təaladan ona rəhmət diləyirik.
İnanırıq ki, haq yolunda bu böyük alimin fəaliyyəti və izi heç vaxt pozulmayacaq və undulmayacaq, Onun əməlləri hər zaman İran xalqının, bütün din xadimlərinin, sadə insanların bu yolda dəyərli bələdçisi, bilik və təfəkkür mənbəyi rolunu oynayacaq. Böyük alimə bir daha Allahdan ən yüksək məqam və qəriqi rəhmət diləyirik.