ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyası məhkəmə hökmünə etiraz etdi

AİP Taleh Bağırzadə və daha on yeddi nəfər barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə etiraz edib.

Bu barədə partiyanın Mətbuat Xidmətindən “İslaminSesi”nə daxil olan məlumatda bildirilir

AİP-in bəyanatında deyilir:

Taleh Bağırzadə və daha on yeddi nəfər barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmü bir daha göstərdi ki, ölkəmizdə qanunların aliliyi, vətəndaşlarımızın taleyi, təhlükəsizliyi hakimiyyət orqanları, xüsusən də qeyri-müstəqilliyini aşkar situasiyalarda sübut edən məhkəmə orqanları tərəfindən sual altına salınır, ən aşağı səviyyədə belə gözlənilmir.

Nardaran hadisələrinin səbəbləri, bunlara zəmin yaradan başlıca amillər, hadisələrin inkişafı və arzuolunmaz nəticələr, həmçinin məhkəmənin ədalətsiz, qeyri-humanist hökmü hüquq-mühafizə orqanlarının xalqımıza, ölkəmizə beynəlxalq aləmdə baş ucalığı gətirməyən belə hadisələrin nəinki qarşısının alınmasında təhlükəsizlik tədbirlərinin tətbiqinə əməl etməməsi, əksinə, faciəli məqamların yaranmasına süni şəkildə şərait yaradılması birmənalı şəkildə qiymətləndirilmir. Baş verənlərə qeyri-peşəkar, qeyri-humanist yanaşmalar insanlarda radikal əhval-ruhiyyə yaradır. O cümlədən məhkəmə araşdırmasının qeyri-obyektivliyi, ittiham faktlarının tam sübuta yetirilməməsi, beləliklə də 18 nəfərə 260 il həbs cəzası hökmü verilməsi məhkəmələrimizin bu günkü acınacaqlı vəziyyətindən xəbər verir.

Tanınmış ruhani alim Taleh Bağırzadə və daha on yeddi nəfər barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyri-adekvat hökmü ölkə vətəndaşlarının ciddi narahatlığına və etirazına səbəb olmuşdur. Hesab edirik ki, dindar cameəyə qarşı yönəlmiş qərəzli addım həm də insan hüquqlarına və sosial ədalətə hörmətsizlık və qəsd kimi qiymətləndirilməlidir. Biz Azərbaycan xalqına mənsub, milli mentalitetimizlə köklü şəkildə bağlanan humanizm, insanpərvərlik duyğularına ağır zərbə vuran belə addımları qətiyyətlə pisləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button