ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev partiyanın Baş Məclisi və üzvləri adından İslam dininin tarixində unudulmaz gün sayılan Qədir-Xum bayramı münasibətilə Azərbaycan xalqını, dünyanın bütün Əhli-beyt (ə) sevərlərini başda zamanın İmamı (ə.f) olmaqla təbrik edib .

Təbrikdə deyilir:

“Əziz həmvətənlərimiz, qardaş və bacılar, müsəlman dünyamızın Əhli-beyt (ə) aşiqləri!

Sizləri Allahın əmri və vəhyi ilə sönməz Vilayət və İmamət günəşinin doğum günü, Qədir-Xum bayramı münasibətilə başda İmam Zaman (ə.f) olmaqla səmimi qəlbdən təbrik edirik. Müqəddəs İslam dininin bütövlüyünü, tamlığını və qiyamətə qədər bəşəriyyəti düzgün istiqamətə yönləndirməyi şərtləndirən Qədir-Xum günü dinimizin ən mühüm və əhəmiyyətli, İslamın özü qədər dəyərli əlamətlərini daşıyan bir bayram, unudulmaz bir gündür. Məhz bu dəyərinə görədir ki, dünyanın həqiqi müsəlmanları hər il Zilhiccə ayının 18-də dünyanın hər yerində bu günü əziz bayram kimi geniş qeyd edirlər.

Qədir-Xum günü Allahın əziz Peyğəmbərimizə (s) nazil etdiyi vəhy sübut etdi ki, bu gün dinin kamilləşdiyi, nemətlərin tamamlandığı, Həzrət Əlinin (ə) Peyğəmbərin davamçısı və xilafətin rəhbəri olduğu gündür. Bu gün həm də kafir və münafiqlərin ümidlərini puç edən, müşrik dəstələrin mənəvi tənəzzülünü göstərən bir gündür. Bu günü inkar edənlər, fitnəkarlar Allahın göndərdiyi və qoruduğu neməti sonadək aradan apara bilməyəcəklər. 

Əziz qardaş və bacılar!

Sizləri bir daha müqəddəs və unudulmaz Qədir-Xum bayramı münasibətilə təbrik edir, Quranı, Əhli-beyti (ə) sizlər üçün ən dəyərli nemət qərar verən Allahdan can sağlığı, bu nemətlərdən heç birinizi uzaq salmamağı diləyirik.

Bayramınız mübarək olsun!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button