Bu gün Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki İmam Zaman mədrəsəsi icra hakimiyyətinin tapşırığı əsasında bağlanılıb.
Qafqaz Mədəniyyət Mərkəzi – Redaksiyamızın məlumatına əsasən, Mədrəsənin tələbələri tətilə buraxılıb.
Bu məsələni ölkədə baş verən dini çaxnaşma ilə əlaqələndirən müşahidəçilər həm parlament səviyyəsində, həm də yerli icra orqanları səviyyəsində qəbul edilən son qərarların hakimiiyətin siyasi iradəsi ilə bağlı olduğu qənaətindədirlər – din məhdudlaşdırılır.