ArxivXəbər lentiXəbərlər

Azərbaycan İslamçılarının tələbi

Gəncə şəhər islamçıları Dini Qrumlarla İş üzrə Dövlət Komitəsindən dini məhdudiyyətlərə son qoyulmasını istəyiblər.

İslamazeri internet saytının məlumatına görə, Gəncə dindarları DQİDK-in sədri Mübariz Qurbanlıya ünvanlanmış məktubda islamçılara qarşı təzyiqlərin göstərilməsi və Aşura əzadarlarının həbs edilməsini kəskin formada qınayıblar.

İslamçıların M.Qurbanlıya məktubunda deyilir: Hər bir kəs düşüncə, vicdan və din azadlığına malik olmalıdır. Bu haqq hər bir kəsin azad şəkildə dini seçmək və qəbul etmək azadlığına və öz dini inanclarını bəyan etmək azadlığına, ibadət və dini əməlləri yerinə yetirmək, dini ayinləri icra etmək dini təhsil almaq azadlığına şamil edilməlidir. Buna görə də Azərbaycan əhalisinin 98%-in müsəlmanlar təşkil edən bir ölkə olaraq ən azı matəm günlərində məhdudiyyətlər və həbslər ilə üzləşməməlidir.

Xatırladaq ki, Azərbaycanda təhlükəsizlik qüvvələri Tasua və Aşura günlərində Gəncə, Lənkəran və Şirvan şəhərlərində əzadarlıq mərasimlərinin keçirilməsinə mane olaraq, matəm iştirakçılarının bəzisini həbs ediblər.

İnformasiya qaynaqları bildirirlər ki, məscidlər və hüseyniyələr bu şəhərlərdə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button